Siyasət

  • 3 510

"15 iyun ölkəmizin müstəqilliyinə yeni bir nəfəs gələn gündür" ÖZƏL-ŞƏRH

image

“15 iyun Milli Qurtuluş Günü müstəqil Azərbaycan Respuplikasının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə,15 iyun ölkəmizin müstəqilliyinə yeni bir nəfəs gələn gündür: “15 iyun ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimizin məhv olması ərəfəsində yenidən həyata qayıtdığı gündür. Ulu öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir”. Həqiqətən bu belədir və tarix bunu sübut etdi. 1991-ci ildə Sovetlər İttifaqının dağlmasından sonra ittifaqa daxil olan 15 respublika öz müstəqilliyinə qovuşdu. Müstəqil ölkələrdə mütləq lider olmalıdır ki, ölkənin gələcəyi möhkəmlənsin. Amma Azərbaycanda isə lider olmadığından ölkənin başına yenidən böyük faciələr gəldi. Ermənilər öz ərazilərini genişləndirməklə bağlı bəd niyyətlərini həyata keçirməyə başladı, ölkənin iqtisadiyyatı talan olundu, ölkədə vətəndaş müharibəsi baş qaldırmışdı və demək olar ki, Azərbaycan bölünərək müstəqil ölkə kimi dünya xəritəsindən silinmək təhlükəsi meydana gəlmişdi.Ölkənin belə bi ağır durumunda düşdüyü vəziyyətdən xilas edə biləcək yeganə şəxsiyyət Heydər Əliyev idi. Xalqın dəvəti və tələbini məmnuniyyətlə qəbul edərək bu ağır yükü öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı üstündə dalğalanan qara buludlardan qurtardı, bütün təhlükələrdən sovuşdurdu. Məhz Heydər Əliyevin uzaqgörənliyi, dövlətçilik təcrübəsi, qətiyyətliliyi və siyasi iradəsi Azərbaycanın müstəqilliyini davamlı və əbədi etdi. Qısa bir zamanda xaosa son qoyuldu, ölkədə vətəndaş həmrəyliyi yaratdı, dövlət idarəetmə sistemi formalaşdırdı, ölkənin gələcəyini müəyyənləşdirən iqtisadi əsaslar yaratdı və ən əsası da şəxsən özünün komandanlığı ilə 20 dən çox yaşayış məntəqəsini işğaldan azad edilərək ermənini müvəqqəti atəşkəsin imzalanmasına məcbur etdi.Bu gün də Azərbaycan Respulikası Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətlə inkişaf etdirilir. Azərbacan dünyada xüsusi nüfuza malik, söz sahibi olan və hamının hesablaşdığı ölkəyə çevrilməsinin əsasında Ulu Öndər Heydər Əliyevin ideyaları dayanır. 15 iyun Milli Qurtuluş Günü Azərbaycan durduqca həmişə qeyd olunacaq və hər bir azərbaycanlının yaddaşına qızıl hərflərlə həkk olunmuşdur”.

sia.az

Digər xəbərlər