Siyasət

  • 2 975

"Hər bir şəhidimizin qanı 10 qat artıq alınmalıdır" RƏY-ÖZƏL

image

“Ermənistan tərəfi son addımları ilə birmənalı olaraq həm beynəlxalq təşkilatlar, həm də həmsədr dövlətlərə açıq şəkildə “nə istəyirik onu edirik və edəcəyik” mesajını verir. Düşmən tərəfi heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadığını və heç nə ilə hesablaşmadığını etdiyi təxribatlarla bir daha sübut edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, ən pisi Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan hərbçisini qətlə yetirilməsi ilə bağlı göstəriş verməsi və hətta bu əmliyyatı icra edən erməni hərbçilərini yüksək mükafat təqdim etməsidir: “Düzdür, bu cavabsız ötüşmür. Azərbaycan tərəfi verdiyi hər bir şəhidə görə, bir neçə erməni əsgərini cəhənnəmə vasil edir. Bu gün ordumuzun ən yüksək səviyyəli həm döyüş hazırlığı, həm də texnikası var”.Deputat söyləyib ki, amma Azərbaycanın hər bir şəhidinin əvəzi Ermənistandan 10-dəfələrlə artıq çıxılmalıdır: “ Əgər düşmən bu gün bizim torpaqlarımızda bizə atəş açır, əsgərimizi şəhid edirsə, o zaman biz niyə etməməliyik? Artıq 30 ilə yaxındır ki, işğalçı bizim torpaqlarımızdadır. Biz buna niyə dözməliyik? Hesab edirəm ki, Azərbaycan ordusu düşmənin təxribatına tək-tək erməni əsgərinin öldürülməsi ilə deyil, hərbi əməliyyatlara başlayaraq erməni ordusunu darmadağın edib, torpaqlarımızdan çıxarmaqla cavab verməlidir. Bu, düşmənə ən layiqli cavab olar ”.E. Məmmədov qeyd edib ki, bu həm də beynəlxalq qurumlara, həmsədr dövlətlərə layiqli cavab olar: “Azərbaycan öz torpaqlarından atəşə tutulmasına nə qədər dözməlidir? Təbii ki bir gün Azərbaycan da təlimlərdən anti-terror əməliyyatına keçməlidir. Ölkəmizin sərhədləri bərpa olunmalıdır. Yalnız bu zaman düşmən etdiyi təxribatların onlar üçün nə qədər təhlükəli olduğunu başa düşəcək”.

sia.az

Digər xəbərlər