Siyasət

  • 3 825

“Azərbaycanı AXC-Müsavatın miras qoyduğu problemlərdən Ulu Öndər qurtardı” MÖVQE-ÖZƏL

image

“Müstəqilliyin ilk illəri Azərbaycan üçün ən xaotik və qarşıdurmanın pik həddə olduğu bir dövr kimi yadda qalıb. Həmin günlərin iştirakçısı kimi deyə bilərəm ki, Azərbaycan parçalanma vəziyyətində idi. Ölkəmizi bir neçə istiqamətdə, hətta federasiyalara bölmək istiqamətində istər xarici xüsusi xidmət orqanları, istərsə də daxildən olan olan bəzi qüvvələr addımlar atamağa çalışırdılar. Azərbaycan yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə gəlişi ilə xaosdan, böyük bəlalardan xilas oldu”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.1990-cı illərin əvvələrinin ölkəmiz üçün ən acınacaqlı dövr olduğunu xatırladan siyasi şərhçi bildirib ki, həmin dövrdə AXC-Müsavat cütlüyü hakimiyyətinin ölkəmiz üçün yaratdığı digər problemlərlə yanaşı, ən acınacaqlı məsələlərdən də biri onların kadr poblemi idi: “Ordu formalaşmamışdı, müəyyən siyasi qüvvələrin patronajı altında hərəkət edən silahlı birləşmələr mövcud idi. Təsəvvür edin ki, artıq vəziyyət o həddə çatmışdı ki, təmas xəttindən qoşunları çıxararaq öz məqsədləri üçün istifadə etməyə çalışırdılar. Yeni müstəqillik qazanmış ölkəmiz belə çətin, çıxılmaz vəziyyətlə üz-üzə idi. Peşəkarlar işdən uzaqlaşdırılmışdı, kimlərəsə siyasət damğaları vurulmuşdu. Məhz kadr potensialının olmaması da belə bir çətin problemlər yaratmışdı. Sadəcə olaraq peşəkarlıq deyil, siyasi əqidəsinə, siyasi məsləkinə görə insanları vəzifəyə cəlb etmişdilər”.A.Nağıyev ki, bütün bunlarla yanaşı Azərbaycan parçalanmışdı, büdcə acınacaqlı vəziyyətdə idi: “Mövcud problemləri həll etmək, büdcəni formalaşdırmaq, ordu quruculuğu ilə məşğul olmaq, sonradan neft müqavilələrini bağlayaraq ordan gələn gəliri Azərbaycanın müdafiəsi üçün orduya yönəltmək, eyni zamanda dövlətin təhlükəsizliyinə təhdidin qarşısını almaq böyük siyasi təcrübə tələb edirdi. Bu istiqamətdə mühüm addımlar yalnız Ulu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra atıldı”.Siyasi şərhçi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün etdikləri onilliklər, əsrlər irəliyə hesablanmışdı: “Təsəvvür edin ki, heç kim inanmırdı ki, “Əsrin müqaviləsi” imzalana bilər, heç kim inanmırdı ki, Azərbaycan Ordusu bir gün dünyanın ən güclü orduları sırasında ola bilər. Ümummilli liderin siyasəti danılmazdır. Əsası Ulu öndər tərəfindən qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

yap.org.az

Digər xəbərlər