Siyasət

  • 3 506

Ukrayna Tarix İnstitutunun direktoru: Heydər Əliyev Azərbaycan xalqı üçün böyük işlər görüb

image

Heydər Əliyev müasir Azərbaycanın memarıdır. O, istər sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə, istərsə də SSRİ Nazirlər Kabinetində çalışdığı dövrdə xalqı, Vətəni üçün böyük işlər görüb.

Bu fikri Ukrayna Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko söyləyib.
O deyib: “Qanlı 20 Yanvar hadisələrindən dərhal sonra Heydər Əliyev həyatını riskə ataraq SSRİ rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etdi. O dövr üçün bu, olduqca təhlükəli idi. Bununla da Heydər Əliyev Azərbaycan xalqının parlaq gələcəyi uğrunda mübarizəyə qalxdı. Azərbaycanda separatizm baş qaldırdığı dövrdə Heydər Əliyev öz biliyindən, təcrübəsindən istifadə edərək, dövlətin işıqlı gələcəyi üçün yorulmadan çalışdı”.
İnstitut direktoru bildirib ki, çox çətin geosiyasi vəziyyətdə “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin misilsiz xidmətlərindən biridir. A.Kudryaçenko 2002-ci ildə ilk dəfə Azərbaycanda olmasını və Heydər Əliyevlə görüşünü yaxşı xatırladığını deyib. Heydər Əliyev Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərinin banisidir. O, öz fəaliyyəti ilə müdrik lider olduğunu sübut edib. Məhz onun həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər dəfə Azərbaycanda beynəlxalq konfranslarda iştirak edəndə, bu ölkənin inkişafını əyani şəkildə görürəm.

yap.org.az

Digər xəbərlər