Siyasət

  • 3 461

"Azərbaycan daxili təhlükəsizlik mühitini formalaşdıra bildi" ÖZƏL-ŞƏRH

image

“Azərbaycan öz müstəqilliyinə qovuşduğu ilk illərdə daxili xaosla üzləşdi. Eyni zamanda, Ermənistan tərəfindən irəli sürülmüş əsassız ərazi iddiaları ilə qarşı-qarşıya qaldı. Belə ağır tarixi sınaq dövründə ölkə daxilində müxtəlif silahlı birləşmələrin hakimiyyət uğrunda qeyri-qanuni mübarizəsi təbii ki, ağır siyasi, sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı”. Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Politoloqun sözlərinə görə, Azərbaycanda müstəqilliyin ilk illərində formalaşmış siyasi hakimiyyət öz səriştəsizliyi ilə ölkəni xaosdan çıxara bilmirdi: “Hələ bu azmış kimi, 1993-cü ilin iyunun əvvəllərində Gəncə qiyamı baş qaldırmağa başladı. Surət Hüseynovun rəhbərlik etdiyi bu qiyam sözün həqiqi mənasında Azərbaycanda real vətəndaş müharibəsinin əlamətlərini göstərirdi. Bununla da həm xaricdən gələn ciddi təhlükələr, həm də daxili və davamlı olaraq dərinləşməkdə olan xaos ölkənin müstəqilliyini sual altına qoyurdu”.Ekspert onu da diqqətə çatdırdı ki, həmin illərdə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı: “Bu baxımdan həmin dövrdə hakimiyyətdə olan insanlar vəziyyətdən çıxmaq üçün özlərində potensial tapmadıqlarını hiss etdilər və ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdilər. Ümummilli lider Heydər Əliyev Surət Hüseynovla danışıqlar aparmaq üçün Gəncəyə getdi. Sonra Milli Məclisə Gəncədə baş verən vəziyyətlə bağlı arayış təqdim etdi. Artıq vəziyyətin ağırlığı qarşısında tab gətirməyərək istefa verən İsa Qəmbərin yerinə Milli Məclisin spikeri məhz Ulu Öndər seçildi. Bundan sonra Azərbaycanın daxili siyasi həyatında nəzərəçarpacaq sabitləşmə müşahidə olundu. Azərbaycan inkişaf yoluna qədəm qoymağa başladı. Bununla da Azərbaycan inkişaf strategiyası da məhz həmin dövrdən formalaşmağa başlandı. Elə dövrün reallıqlarına uyğun olaraq, bu strategiyanın bazisini məhz daxili-siyasi sabitlik təşkil edirdi. Ümummilli lider Heydər Əliyev çox böyük uzaqgörənliklə müəyyənləşdirmişdir ki, daxili-siyasi sabitliyi təmin etmədən hər hansı istiqamətdə uğurdan danışmaq qeyri-mümkündür. Həmçinin daxili siyasi sabitlik üzərində ölkənin iqtisadi və hərbi qüdrətinin inkişaf etdirilməsi istiqamətində də addımlar atılmağa başlanıldı. Bu da qısa zaman kəsiyində öz bəhrəsini verdi. Azərbaycan daxili təhlükəsizlik mühitini formalaşdıra bildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışıdan təxminən bir il sonra 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Sözsüz ki, bu da Azərbaycan üçün çox böyük bir əhəmiyyət kəsb edən sənəd idi. Ölkəmizin iqtisadi sisteminin formalaşmasında, müstəqilliyinin dönməz xarakter almasında “Əsrin müqaviləsi”nin çox böyük təsiri olmuşdur”.

sia.az

Digər xəbərlər