Siyasət

  • 3 590

Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir

image

“Dini radikalizmə dini məsələdən daha çox bəzi dairələrin din pərdəsi altında kənar qüvvələrdən qaynaqlanan təhdid kimi yanaşmaq lazımdır”. Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, xalqımızın tarixən dini radikalizmdən uzaq olmasına baxmayaraq, müstəqilliyimizi bərpa etdikdən sonra dini durumda üzləşdiyimiz problemlərdən biri də radikalizm olub. Onun sözlərinə görə, elm, təhsil olmayanda din xurafata çevrilir.
“Əgər hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmaz olacaq. Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir”-deyə, G.İsmayılov qeyd edib.

yap.org.az

Digər xəbərlər