Siyasət

  • 3 552

Ann Loverjon: Azərbaycanda qadınların ölkə həyatının bütün sahələrində təmsil olunması istiqamətində mühüm işlər görülüb

image

Fransanın Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş konfransın keçirilməsi mühüm hadisədir.

Bu fikri Fransa Milli Assambleyasında Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, ALP şirkətinin prezidenti Ann Loverjon (Anne Lauvergeon) söyləyib.
Bildirib ki, qadın hüquqlarının qorunması bu gün dünyanın bütün ölkələrində aktual məsələdir. Konfransın mövzusu, səsləndirilən fikirlər, aparılan fikir mübadilələri çox maraqlı oldu. Hesab edirəm ki, burada aparılan müzakirələr bu istiqamətdə görülən işlərə öz müsbət töhfəsini verəcək.
“Aprel ayında Bakıda səfərdə oldum. Azərbaycan qadınların hüquqlarının təmin olunması istiqamətində mühüm nailiyyətlər qazanıb. Azərbaycan müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk dünyəvi dövlətdir. Əlbəttə, 100 il əvvəl, Avropa ölkələrindən də öncə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi çox sevindiricidir. Azərbaycanda qadınların təhsil almaları, onların ölkə həyatının sahələrində təmsil olunması istiqamətində mühüm işlər görülüb, gender bərabərliyi təmin olunub”,-deyə A. Loverjon söyləyib.

yap.org.az

Digər xəbərlər