"Həmsədrlərin separatçılarla görüşü yanlış mövqedir" AÇIQLAMA-ÖZƏL

“Son baş verənlər bir daha sübut etdi ki, Paşinyan danışıqlara getmək istəmir. Bəhanə kimi də separatçı rejimin danışılqrda iştirak etməsini irəli sürür”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, Ermənistanın baş nazirinin iddiasına görə, danışıqların müzakirə mövzusu işğal altında olan torpaqların geri qaytarılması məsələsi olduğu üçün həmin torpaqlar da məhz separatçı qüvvələr tərəfindən ələ keçirildiyi üçün problemin həlli istiqamətində aparılan müzakirələrdə qondarma rejim də iştirak etməlidir: “Təbii ki, Azərbaycan tərəfi haqlı olaraq buna imkan vermir və bu baxımdan da düşmən tərəf müxtəlif təxribatlar törətməklə danışıqlar prosesində konstruktiv nəticənin əldə edilməsinə imkan vermir”.Ermənistanda Paşinyana qarşı etirazların edildiyini xatırladdan politoloq söyləyib ki, düzdür bu kütləvi xarakkter daşımasa da baş nazirin verdiyi vədlərə əməl etməməsi narazılıqlar yaradır: “Artıq Paşinyanın ölkəni idarə edə bilməməsi ilə bağlı fikirlər də yetişməkdədir. Payız və qış aylarında Paşinyana xalq tərəfindən böyük tələblərin irəli sürüləcəyi istisna deyil”.Q.Hüseynli qeyd edib ki, Ermənistan tərəfindən atılan addımlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar yaxın gələcəkdə nəticə verməyəcək: “Bu səbəbdən də danışıqlar prosesinə qədər Azərbaycan ordusu erməni ordusuna ən azından lokal xarakkterli dərs verməlidir. Erməni tərəfində diplomatiya dərsi ilə yanaşı hərbi dərs də verilməlidir ki, onlar öz qəliblərində otursunlar”.Baş verənlər fonunda ATƏT-in Minsk qrupu həmsədrlərinin separatçılarla görüşünə gəlincə politoloq bunun yanlış mövqe olduğunu dilə gətirib: “Zənnimcə, həmsədrlərin separatçılarla görüşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara qondarma rejimin də cəlb edilməsi məsələsinə presedent yaratmaq cəhdidir”.

sia.az