“Yolu qurtuluşdan keçən Azərbaycan millətinin birliyi sarsılmazdır"

15 İyun – Milli Qurtuluş Günü!

Ölkələrin, dövlətlərin və xalqların taleyində elə tarixi məqamlar olur ki, həmin çətin dövrlərdə yaranmış siyasi-hərbi vəziyyət, ictimayi-iqtisadi və mənəvi böhran “olum ya ölüm” sualını sərt şəkildə meyda qoymuş olur.

Elə Azərbaycan xalqı da öz dövlətçiliyi, milli müstəqilliyi uğruda mübarizə aparan və həmən mənəvi böhran yaşamış ölkələrdən biri olmuşdur.1918-ci ildən bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk müstəqil demokratik, hüquqi və dünyavi müsəlman dövləti olmuş və çox təəssüflər olsun ki, cəmi 23 ay müstəqilliyini qoruyub saxlaya bilmiş Azərbaycan Demokratik Respublikası, 1920-ci ildə məcburi surətdə bolşeviklər tərəfindən devrilmiş və 70 il ərzində Sovetlər Birliyinin tərkibində qalmışdır. Buna baxmayaraq, xalqın istiqlal ideyası yenilməmiş və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə, həmən ilin 18 oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir. Lakin, müstəqillik elan olunmasına baxmayaraq, müstəqilliyimizin ilk günlərindən azərbaycan yenidən çox gərgin və çox qarışıqlıq bir vəziyyətə düşərək, qorxunc bir mənzərələr ilə üzləşdi. Bir tərəfdən Erməni separatçılarının ərazi iddiaları və sonda azərbaycanın əbədi qədim Qarabağ torpaqlarına hücumu ilə nəticələnən minlərlə vətən övladrarımızın şəhid verməsi, o biri tərəfdən də Azərbaycan, etnik əlamətə görə, parçalanıb yox olmaq təhlükəsi ilə üz-üzə qaldı.Tarixdə heç zaman Azərbaycanı daxildən parçalamaq, xalq içərisində etnik və vətəndaş qarşıdurması yaratmaq, dini ayrılıqa salmaq taktikasından bu qədər sistemli şəkildə istifadə olunmamışdır.O zaman Respublikada AXC-Musavat hakimiyyəti böhran içində çabalayırdı. Paytax Bakıda və reqionlarda hakimiyyətsizlik hökm sürürdü. Heydər Əliyev artıq Naxçıvan MR Ali Məclisinin sədri kimi Muxtar Respublikaya rəhbərlik edirdi. Naxçıvan uç tərəfdən blokada şəraitində olduğuna baxmayaraq, günü-gündən inkişaf edərək çiçəklənməyə davam edirdi. Belə bir məqamda Azərbaycan xalqı, vətənin xilası üçün Heydər Əliyevə müraciət edərək, onun cəsarətli, düşünulmüş və məqsədyönlü ümummilli maraqlara xidmət edən atdımlarının, ümum ölkə miqyasında da atılmasını arzu və tələb edirdi.1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı - alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Ümummilli liderimiz xalqın çağırışına səs verdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənərək böyük vüsət aldı və 21 noyabr 1992-ci ildə Naxçıvanda təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev YAP-ın sədri seçildi.Görkəmli dövlət xadimi Heydər Əliyev çox milliyonlu azərbaycan xalqının, böyük ümidlərinin dalğasında ikinci dəfə yenidən hakimiyyətə gələrək, ölkəmizdə milli qurtuluş hərakətının əsasını qoymuş oldu. Nəhayət, Xalqın təqidi ilə 1993-cü ilin iyununda Heydər Əliyev Bakıya qələrək, həmin ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununlada ölkədə davam edən gərginlik və qarşıdurma sənqidi. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.Heydər Əliyev öz çixişlarından birində qeyd etmişdir ki, nə Sovetlər rejimi, nə Mütəllibov rejimi nə də ki, Əbülfəz Elçibəy rejimi və ümummiyyətlə heç bir hakimiyyət azərbaycanı onun qəlbindən çıxara bilmədi. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük məqsədləri və xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. O buna nail oldu. Müstəqillik və dövlətçilik naminə, ardıcıl addımlar atıldı, milli-mənəvi dəyərlərimiz bərpa edildi.“Əsrin müqaviləsi” imzalandı və bununlada neft strategiyasının əsası qoyuldu. Neft kapitalı insan kapitalına çevrilməyə başladı. Yeni uğurlar qazandıq, sərvətimizə sərvət qatdıq.Beləliklə, bu muhum tarixi gün, millətimizin yaddaşına bir milli qurtuluş günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə “15 İyun – Milli Qurtuluş Günü” bayram kimi qeyd olunmasına qərar verildi.
Heydər Əliyevin bir dahi şəxsiyyət kimi ən vacib və ən uzaqgörən addımlarından biri də o oldu ki, Azərbaycanı layiqli və etibarlı əllərə İlham Əliyevə təhvil verdi.Bu gün cənab prezidentimiz İlham Əliyevin uğurlu fəalliyəti nətiçəsində milli qurtuluş ideyaloqiyasının təntənəsi, müstəqil respublikamızın inkişafında davamlı olaraq özünü biruzə verir. Reqionda və dünyada Azərbaycanın nüfüzu daha da artır. Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında Azərbaycanın tam müstəqil olaraq daxılı və xarici siyasətini həyata keçirərək Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi olan müstəqilliyini təmin etməkdədir.Sonda, Heydər Əliyevin müdrik kəlamlarından olan “Dövlətimizin qorunub saxlanılması - azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!“ sözlərini əsas tutaraq, demək istəyirəm ki, qəlin hər zaman əlbir olaraq, bu müstəqillimizin qədrin bilək və hər zaman uca tutaq.

Bayramınız mübarək olsun!

İlham Quliyev,

SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı