Siyasət

  • 3 868

“Milli maraqlar və sosial şəbəkə çox aktualdır” ÖZƏL-MÜNASİBƏT

image

“Ümumiyyətlə bu gün milli maraqlar və sosial şəbəkə çox aktualdır. Bu aktuallıq hər gün bir qədər də artır. Çünki hər gün bir qədər daha çox insan sosial şəbəkələrin iştirakçısına çevrilir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə yaranan virtual sosial münasibətlər bizim real sosial münasibətlərimizin keyfiyyətini müəyyənləşdirir və hətta bəzən ona yön verir: “Bu tendensiya artan templə davam edir. Ona görə də düşünürəm ki, biz hazırki mərhələdə müzakirə etməliyik ki, hardayıq, nə idik və və etməliyik. Çünki hazırki mürəkkəb beynəlxalq şəraitdə və hazırki qlobal informasiya cəmiyyətində milli maraqların qorunması çox vacibdir. Xüsusilə indiki mərhələdə informasiya əlahiddə bir vasitədir. Onun hüquqla tənzimlənməsi məsələsinə gəlincə, bu da çox aktualdır. Nəyə görə? Harada ictimai münasibətlər varsa, mütləq onun hüquqi tənzimlənməsinə ehtiyac var. Amma bu məkan yeni olduğuna görə, burada hüquqi davranışı və hüquqi münasibətləri necə tənzimləməklə bağlı xeyli mürəkkəb məsələlər var.Bəzi ölkələrdə bu məsələlər yəni sosial şəbəkələrdə vətəndaşların davranışı müxtəlif inzibati yollarla, onların qeydiyyatının rəsmiləşdirilməsi ilə və oradakı davranışlarının hüquq-mühafizə orqanlarında yaradılmış xüsusi kiberpolis vasitəsilə idarə olunması mövcuddur. Bəzi ölkələrdə sadəcə ictimai qınaq vasitəsi və qeyri inzibati metodlarla tənzimləmək işi kimi planlar mövcuddur. Almaniyada ən son belə bir qanun qəbul edildi. Almaniya Federativ qanunlarının sosial şəbəbəkədə tətbiqi haqqında qanun qəbul olundu. Bunlar nə etdilər? Bütövlükdə real hüquqi sistemin sosial şəbəkələrdə tətbiqi ilə bağlı xüsusi qanun qəbul etdilər və bunu birbaşa virtual məkana şamil etdilər. Türkiyədə, Azərbaycanda və Rusiyada da bu istiqamətdə axtarışlar gedir. Onlarda müəyyən fəaliyyət növlərinin məhdudlaşdırılması ilə bağlı müəyyən qanunlar var və s. Amma hazırda elə bir universal və elə bir optimal forma yoxdur ki, qanun qəbul edəsən və onu Azərbaycan qanunvericiliyinə daxil edəsən. Bu mənada düşünürəm ki, doğurdan da sosial şəbəkələrdə münasibətlərin hüquqi əsaslarla tənzimlənməsi çox vacibdir”.

sia.az

Digər xəbərlər