Siyasət

  • 4 426

YAP Ağcabədi rayon təşkilatında Nəsimi ili çərçivəsində bədii qiraət müsabiqəsi keçirilmişdir

image

YAP Ağcabədi rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai- fəlsəfi şerləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilmişdir.YAP Ağcabədi rayon təşkilatının keçirdiyi bədii qiraət müsabiqəsi rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilir və müsabiqədə Nəsiminin şerləri ifa olunacaqdır.Müsabiqənin qalibləri Fəxri Fərman və hədiyyələrlə mükafatlanacaq və Respublika müsabiqəsində iştirak edəcəklər.Gərgin keçən bədii qiraət müsabiqəsində münsiflər heyətinin yekdil qərarına əsasən Kəhrizli kənd tam orta məktəbin XI sinif şagirdi Xədicə Məmmədova I, Sarıcalı kənd tam orta məktəbin X sinif şagirdi Səbinə Əliyeva II, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Nəzrin Məmmədova III yerə layiq görülmüşlər.

yap.org.az

Digər xəbərlər