Siyasət

  • 3 651

"Bu, Paşinyanın əsil simasıdır" ÖZƏL-MÜNASİBƏT

image

“Ümumiyyətlə ilk dəfə deyil ki, cəbhə xəttində təxribatlar həyata keçirilir. Əslində bu, bir daha Paşinyanın əsil simasını göstərir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.Onun sözlərinə görə, Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra özünü "demokrat", beynəlxalq sazişlərə, qaydalara sadiq olan bir adam kimi nümayiş etdirmək istəsə də, onun hələ ilk günlərdə verdiyi bəyanatlar və atdığı addımlar göstərdi ki, Paşinyan kifayət qədər sərsəm olmaqla yanaşı, eyni zamanda da provokasiyon addımlar atmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əngəllər törətməkdə davam edir: "O, "status-kvo"nun saxlanılması üçün əlindən gələni edir. Paşinyanın bütün addımları onu göstərir ki, Azərbaycan rəhbərliyinin, diplomatlarının bunun etdiyi hərəkətlərə qarşı elə bir sərt hərəkət etsinlər ki, bundan sonra həmişəki kimi erməni demaqoqiyasını, dünyadakı erməni lobbisini, tərəfdarlarını, havadarlarını işə salmaqla göstərsinlər ki, guya, rəsmi Bakı Ermənistanla Azərbaycan arasında olan dialoqu pozur və bu istiqamətdə işləmək istəmir.Hesab edirəm ki, bu provokasiya kluminasiya nöqtəsinə çatır. Belə davam edərsə, düşünürəm ki, yaxın aylarda, həftələrdə Ermənistan rəhbərliyi, Paşinyan hökuməti real olaraq substantiv danışıqlara qoşulmasa və bu danışıqlardan irəli gələn müddəaları yerinə yetirməyə başlamasa, yəqin ki Azərbaycan öz gücü ilə Ermənistanı sülhə məcbur edə bilər”.

sia.az

Digər xəbərlər