Siyasət

  • 5 538

"Məcburi köçkünlərimizin problemləri diqqət mərkəzindədir" ÖZƏL-ŞƏRH

image

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər bir Azərbaycan vətəndaşı, vətəndaşın məmnunluğu, rifah halının yüksədilməsi faktoru durur. Bu baxımdan ölkə əhalisinin ən kövrək, həssas təbəqələrindən biri olan qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli, onların sosial müdafiə məsələlərinin gücləndirilməsi daima Azərbaycan dövlətinin diqqət mərkəzindədir". Bunu SİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.Sədr müavinin sözlərinə görə, Azərbaycan dövlətinin bu sahədə olan fəaliyyəti qaçqın və məcburi köçkün soydaşlarımız tərəfindən çox böyük rəğbətlə qarşılanır: "Bu siyasətin əsası, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, “ İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən Ulu öndər bu məsələyə daim diqqət və qayğı göstərirdi. Bu sözlər Azərbaycan tarixinə qızıl həriflərlə həkk olunub. Bu gün də həmin sözlər Azərbaycan dövlətinin sosial siyasətinin ana xəttini təşkil edir.Bu siyasət Ümummilli Liderin layiqli davamçısı olan cənab Prezident tərəfindən daha da təkmilləşdirilərək, zənginləşdirilərək məharətlə və ardıcıllıqla sistematik olaraq icra olunur. Məhz bu siyasətin nəticəsində ötən müddət ərzində məcburi köçkün və qaçqın soydaşlarımız üçün ölkəmizin 30-dan çox şəhər və rayonlarında 103 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb və bütün sosial texniki infrastrukturla təchiz olunub. Bir sözlə, ən müasir tələblərə, standartlara cavab verən yaşayış kompeksləri salınıb. Ümumilikdə 58 min məcburi köçkün ailəsi və yaxud təqribən 300 min nəfər məcburi köçkün və qaçqın soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılıb. Ötən müddət ərzində məcburi köçkün və qaçqın soydaşlarımızın sosial problemlərinin həllinə ümumilikdə 7.1 milyard manat vəsait ayrılıb".

sia.az

Digər xəbərlər