Siyasət

  • 3 892

"Həmsədrlərin separatçı rejimlə görüşləri heç bir əhəmiyyət kəsb etmir" ÖZƏL-MÜNASİBƏT

image

"ATƏT-in Minsk qrupunun rəhbərlərinin separatçı Dağlıq Qarabağ rejimi ilə görüşlərinin intensivləşməsi münaqişə zonasında gərginliyin artması ilə əlaqədardır". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin “biz ərazilərin təhvil verilməsi ilə bağlı heç bir sənədə imza atmayacağıq" bəyanatından sonra Azərbaycan tərəfinin ATƏT və digər beynəlxalq qurumlara təzyiqləri artıb: "Faktiki olaraq bu bəyanat danışıqlardan imtina etmək deməkdir ki, bu da indiyə qədər əldə olunmuş bütün razılaşmaların pozulması deməkdir. Danışıqlarla bağlı vəziyyət elə bir mərhələdədir ki, Ermənistan tərəfi ya münaqişənin həlli üçün indiyə qədər razılaşdırılmış prinsiplər əsasında hər hansı bir sənədə qol çəkməlidir ya da danışıqlardan birmənalı olaraq imtina etməlidir. Ermənistan danışıqlardan rəsmən imtina edərsə, bu faktiki olaraq Azərbaycanı müharibəyə provakasiya etməkdir. Həmsədrlərin separatçı rejimlə görüşləri isə heç bir əhəmiyyət kəsb etmir və Azərbaycanı sakitləşdirmək məqsədini daşıyır.Heç kimə sirr deyil ki, Dağlıq qarabağ rejimi marionet bir qurumdur və müstəqil olaraq heç bir qərar qəbul etmək iqtidarında deyil. Əgər Rusiya sülh müqaviləsinin bağlanmasına razılıq verərsə, separatçı rejimdən heç kim heç nə soruşmayacaq. Artıq Azərbaycan 25 il öncəsindəki dövlət deyil. Bu illər ərzində Azərbaycanın iqtisadi potensialı qat-qat artmışdır. Beynəlxalq dəstəyin güclənməsi, dost ölkələrimizin sayının artması və İslam ölkələri əməkdaşlıq təşkilatındakı nüfuzumuzun xeyli artması işğalçı qüvvələrin özünə inamını azaldır. Rusiya hesab edirsə ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hərəkətə keçdiyi təqdirdə 90-cı illərin əvvələrində olduğu kimi Ermənistana hərbi dəstəyi verə biləcək böyük yanlışlığa yol verir. Azərbaycanın ABŞ və Avropa birliyi ilə isti münasibətləri, Türkiyə və Pakistan kimi dost ölkələrə malik olması bu dəfəki həmləmiz çox ciddi ola bilər. İranın Rusiya və Ermənistanla isti münasibətlərinə baxmayaraq münaqişəin hərbi fazaya keçməsi baş verərsə bu ölkə bizim yanımızda dayanmağa məhkumdur".

sia.az

Digər xəbərlər