Siyasət

  • 3 799

“Xilaskar” adlı konfrans keçirilib TƏDBİR - SƏS TV

image

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə 15 iyun Milli Qurtuluş Gününı həsr olunmuş “Xilaskar” adlı konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev və digərləri iştirak edib.Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış keçirilib.Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfransı giriş sözü ilə açaraq 15 iyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin güclənməsi və inkişafının qarantı olan mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət ayırır, xüsusilə bu dəyərlərin gənclər arasında təbliğini ən vacib məsələlərdən biri hesab edirdi: “Milli-mənəvi dəyərlər xalqımızın kimlik vəsiqəsidir. Bir xalqın və ya bir ölkənin digər xalqlar və ölkələr arasındakı yeri həm də onun milli-mənəvi dəyərləri ilə ölçülür. Azərbaycan xalqı zəngin dəyərlərə sahibdir. İndiki qloballaşma şəraitində bu dəyərlərin qorunması və təbliği mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl bu, bizim milli varlığımız və mədəniyyətimizlə bağlı məsələdir. Dəyərlərimizi qorumaq milli kimliyimizi hifz etmək, onların təbliği isə mədəniyyətimizin təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin və dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir və biz bu imkanlardan maksimum istifadə etməliyik”.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri 15 İyun Milli Qurtuluş Günüdür: “Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. 15 iyun 1993-cü il ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir. Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.Heydər Əliyev 1993-cü il iyun ayının 15-də hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Azərbaycan Respubliasının Milli Məclisi 15 iyun Milli Qurtuluş Günü ilə bağlı 1997-ci ildə qərar qəbul edib. Bütün bunlar həmin qanunda qeyd edilib.Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan milllətinin maraqlarına uyğun siyasət həyata keçirdi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir və bununla Ulu öndərin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir”.Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Bakıya gəlməsi və Milli Məclisdəki çıxışına toxunan millət vəkili Musa Quliyev diqqətə çatdırıb ki, o çıxışda Azərbaycan xalqı öz ümidini, öz gələcəyini görürdü: “Heydər Əliyev o zaman böyük cəsarət və qəhrəmanlıq nümayiş etdirdi. Gəncə qiyamı zamanı Heydər Əliyevin oraya getməsi onun bu dövlətin, bu xalqın yolunda həyatını qurban verməyə hazır olmasından irəli gəlirdi. Heydər Əliyev Gəncəyə gedərək orada baş vermiş vəziyyətlə tanış oldu və Bakıya qayıdaraq 15 iyunda Milli Məclisin Sədri seçildi və qardaş qırğınının, ölkənin parçalanmasının qarşısını almaq uğrunda mübarizəyə başladı. Heydər Əliyev bu çətin şəraitdə vətəndaş müharibəsinin qarşısını almaq üçün böyük fədakarlıqlar göstərdi. Həmin ilin avqustunda Lənkəranda Ələkrəm Hümbətovun başlatdığı qiyamın dinc yolla aradan qaldırılması Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən biridir. Beləliklə, 15 iyundan etibarən Azərbaycanda həqiqi dövlətçilik quruldu və Heydər Əliyev Azərbaycan dövlətinin struktur əsaslarını yaratdı. Bütün bunlara görə 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd edilməsi tamamilə haqlı bir qərardır. 15 iyun nəinki Azərbaycanın, regionun xəritəsini dəyişən bir gün oldu. Bu gün Azərbaycanın qüdrətli bir dövlət olması 15 iyunda başlanan yolun uğurudur. Bu gün bu yol Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir”.Konfrans digər çıxışçıların fikirləri ilə başa çatıb.

sia.az

Digər xəbərlər