Siyasət

  • 3 924

Gənclər ölkənin inkişafına töhfələr verir KONFRANS

image

YAP Goranboy rayon təşkilatının gənclər birliyinin V konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının gənclər birliyinin V Konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ümümmilli Lİderin əziz xatirəsini ehtiramla yad ediblər.Könfrans öz işini Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirib. Konfransda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ağsaqqallar şurasının sədri Taryel Abbasov, rayonun Çernobıl əlillər cəmiyyətinin sədri İsgəndər Səklikov, Qarabağ müharibə əlilləri veteranları, şəhid ailələri ictimai birliyinin sədri Orxan Əliyev və Namiq Məmmədov iştirak ediblər.Konfransı YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq YAP Gənclər birliyinin yaranma tarixindən və onun nailiyyətlərindən danışıb. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Yeni Azərbaycan Parityasının Sədri, Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. "Hər bir gənc, o cümlədən, Goranboy gəncləri dövlətin daha da qüdrətli olması üçün fəallığını davam etdirir, ölkəmizin inkişafı və tərəqqisi yönündə ardıcıl addımlarını atır, töhfələrini verirlər", deyə qeyd edən Elçin İsmayılov bildirib ki, gənclər öz Prezidentinin ətrafında daha da sıx birləşərək, Onun siyasətinə davamlı dəstəyini nümayiş etdirirlər.Konfransda YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədri Həsən Şirinov hesabat dövrü ərzində rəhbərlik etdiyi birliyin gördüyü işlər barədə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, ötən dövr ərzində YAP Goranboy təşkilat öz sıralarını xeyli genişləndirib və bununda əsas hissəsini gənclər təşkil edir. "Hazırda YAP rayon təşkilatının 7505 YAP üzvü vardır ki, onlardanda 1628 nəfərini gənclər təşkil edir. YAP Gənclər Birliyinin üvlərinin 1025 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərimizin 1074 nəfəri alı, 463 nəfəri orta ixtisas, 91 nəfəri orta təhsillidir. Gənclərin 603 nəfəri təhsildə, 94 nəfəri səhiyyədə,175 nəfəri isə idarəetmə orqanlarında, 211 nəfəri mədəniyyətdə və digər sahələrdə çalışırlar. 132 gəncimiz 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etimadını qazanaraq bələdiyyə üzvü seçilmişlər", deyə məruzədə vurğulanıb.Həmçinin bildirilib ki, hesabat dövrü ərzində 415 nəfər gənc YAP üzvlüyünə qəbul edilib və bütün bunlar onu göstərir ki ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər Azərbaycan gəncliyinin inkişafına əhəmiyyətli dərəcədə təkan verir: "Hər dəfə gənclər qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidentn İlham Əliyev "Mənim Gəncliyə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Məndə sizə arxalanıram" deyə müraciət edir, elə biz də, gənclər olaraq dövlətimizə , cənab Prezidentimizə güvənir və hər zaman dəstək olmağa hazırıq".Konfransda fəal gənclərdən Cəfər Verdiyev, Mətanət Hüseynova hesabat məruzəsi ətrafında çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər.Konfransda rayon İH-nin başçısı Məhərrəm Quliyev çıxış edərək qeyd edib ki, müasir və müstəqil Azərbaycan dövləti öz ardıcıl nəaliyyətləri ilə istər regionda istərsədə beynəlxalq aləmdə yüksək səviyyədə ali mövqeyini və nüfuzunu bütün istiqamətlərdə dünyada sübüta yetirib. "Əldə edilən nailiyyətlərin hər biri ölkəmizdə yaranmış sabitliyin təntənəsidir", deyə Məhərrəm Quliyev qeyd edib.Digər çıxışlardan sonra konfransda təşkilatı məsələlərə baxılıb. 15 nəfərdən ibarət şura üzvü, 9 nəfərdən ibarət isə idarə heyəti seçilib. Muradova Nuranə Elbəy qızı YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədri, Cəfər Verdiyev və Fəridə Əliyeva isə YAP Goranboy rayon təşkilatının gənclər birliyinin sədr müavinləri seçiliblər.Sonra YAP Respublika Gənclər Birliyinin Konfransında iştirak edəcək gənclər müəyyənləşdirilib. Konfransın sonunda YAP sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Rövşən RƏSULOV

Digər xəbərlər