Siyasət

  • 3 129

"Erməni separatçıları lobbi ilə birgə fəaliyyətlərinə ara vermir" ÖZƏL -MÜNASİBƏT

image

“Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları “sazişləri” ləğv etməsi müsbət hadisə sayılsa da, eyforiyaya qapılmağa da ehtiyac yoxdur. Çünki arxasında erməni lobbisi olan düşmən hiyləgərdir və əks zərbəyə hazırlaşır. Məsələn iyunun 17-də erməni separatçılarının “parlament sədri” Aşot Qulyan Xankəndidə “Arsax-Fransa dostluq qrupunun” iclasını keçirib”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun sözlərinə görə, erməni separatçıları Fransa məhkəməsinin qərarına baxmayaraq, Fransadakı dostlarının onlardan imtina etməyəcəklərini bildiriblər: “İstisna ermirəm ki, yaxın günlərdə Fransanın daha bir bələdiyyə başçısı Dağlıq Qarabağda peyda olsun. Maraqlıdır ki, bugünlərdə ABŞ-ın məşhur ermənipərəst konqresmeni Frank Pallone təklif edib ki, Amerika rəsmilərinin Dağlıq Qarabağa birbaşa səfərlərinə mane olan qadağa ortadan qaldırılsın.Beləliklə, erməni separatçıları erməni lobbisi ilə birgə fəaliyyətlərinə ara vermirlər. Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ və Fransa kimi ölkələrdəki səfirliklərimizlə birgə qabaqlayıcı addımlar atmalı, çalışdıqları ölkələrin rəsmilərini və deputatlarını mümkün yanlışlıqlardan çəkindirməlidirlər”.

sia.az

Digər xəbərlər