Siyasət

  • 3 349

"Rəsmi Moskva nazirlərin görüşünə qısqanclıqla yanaşır” ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə ATƏT-in Minsk qrupunun üzvü olan ABŞ, Rusiya və Fransa tərəfindən mütəmadi olaraq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşləri keçirilir". Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Politoloqun sözlərinə görə, Minsk qrupunun həmsədrləri bu görüşlərdən sonra hər dəfə də bəyanat verirlər ki, növbəti görüşün razılaşması oldu və bu müsbət addımdır: "Yəni artıq Azərbaycan xalqının həmsədrlərə inamı azalıb. Təbii ki, mən də istərdim ki, nazirlərin görüşündə hansısa müsbət nəticələr olsun. Amma hələki mən özüm bu görüşdən elə bir ciddi irəliləyişlər gözləmirəm. Ol bilsin ki, nazirlərin Vaşinqton görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa detallar müzakirə olunsun. Rusiya tərəfi isə istəyir ki, bu məsələləri öz inhisarına alsın. Ona görə də rəsmi Moskva bu kimi görüşlərə qısqanclıqla yanaşır”.Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan iyunun 20-də Vaşinqtonda görüşəcəklər. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyilə keçiriləcək. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bundan öncəki görüşü apreldə Moskvada olub.

sia.az

Digər xəbərlər