Siyasət

  • 3 190

Lüksemburqun nüfuzlu jurnalı Azərbaycan səfirliyinin yeni binasından yazır

image

Lüksemburqun nüfuzlu “AGEFİ” jurnalında Azərbaycanın Belçikadakı səfirliyinin binasının açılışı barədə yazı dərc edilib.Yazıda Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin yeni binasının açılış mərasiminin həmin vaxt Brüsseldə işgüzar səfərdə olan Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyi bildirilir. Qeyd olunur ki, binanın təmir və yenilənmə işləri 2016-2018-ci illərdə belçikalı arxitektor Filip Vanhevereqenin rəhbərliyi ilə həyata keçirilib. “Ümumi sahəsi 4500 kvadratmetr olan binaya 10 yaşayış mənzili də daxildir və o, Azərbaycanın dünyadakı ən gözəl səfirliyi hesab oluna bilər”, - deyə müəllif qeyd edir.Bildirilir ki, binanın girişi dövlət rəmzləri ilə bəzədilib, burada dünyanın müxtəlif şəhərlərinin məşhur muzeylərində (Londonun “Viktoriya və Albert”, Berlinin “İslam incəsənəti” və s.) saxlanılan Azərbaycan xalçalarının fotoları yer alıb, daxili tərtibat işləri zamanı Qobustan qayaüstü rəsmlərinə üstünlük verilib.

sia.az

Digər xəbərlər