Siyasət

  • 3 420

"Tonoyan Azərbaycanın qalib olduğunu etiraf etdi" ÖZƏL-ŞƏRH

image

"Ermənistanın Müdafiə naziri David Tonoyan bütün sahələrdə aktivdir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, amma onun son dövrlərdəki aktivliyində məqsədyönlülük xüsusi diqqəti çəkir və gözlənilmədən Azərbaycanın informasiya müharibəsində Ermənistan üzərində qələbə çaldığını etiraf etdi: "Onun fikrincə, Azərbaycanın informasiya müharibəsinin təsiri altında Ermənistan ictimaiyyəti müəyyən addımlar atır. Bu bəyanata ən azı 2 kontekstdən yanaşmaq lazımdır:I. Ermənilərdə "məğlubiyyət" və "Azərbaycanın qalib gəlməsi" anlayışları tam ayrı kateqoriyalardır. D.Tonoyana görə Ermənistan sadəcə uduzmur, Azərbaycan qələbə çalır. Bu, Tonoyanın daxili vəziyyətindəki ciddi narahatlığının göstəricisidir.II. D.Tonoyan çox gözəl bilir ki, təhlükəsizliyin vacib sahələri ölkənin birinci şəxsinin birbaşa kurasiyasında olan məsələlərdir. Həm hərbi təhlükəsizlik, həm də informasiya təhlükəsizliyi Baş nazir N.Paşinyanın kurasiyasındadır. D.Tonoyana görə hərbi təhlükəsizlikdə Ermənistanda hər şey əladır, çünki o sahəyə birbaşa məsul Tonoyandır. Amma informasiya təhlükəsizliyini Paşinyan lazımi şəxsə tapşırmadığı üçün Ermənistan Azərbaycana qələbə çalmağa imkan verib. Belə olan halda D.Tonoyanın əsas hədəfi N,Paşinyandır. Tonoyan bu və ya digər formada özünə məxsus metodologiya ilə Paşinyanın zəifliyini üzə çıxardır.Bu deyilənləri aprel döyüşləri kontekstinə gətirəndə artıq tamam fərqli mənzərə alınır. Çünki hələ indinin özündə də aprel döyüşləri ilə bağlı Ermənistanın aldığı zərbələr, Ermənistan hərbisinin məruz qaldığı itkilər gizli saxlanılır. İndi informasiya müharibəsində Azərbaycanın qələbəsini gündəliyə gətirməklə D.Tonoyan həm də fikirləşir ki, komissiyanın açıqladığı faktlar Azərbaycanın qələbəsini daha da möhkəmləndirəcək. Əlavə hansısa məsələlərə görə Tonoyan aprel döyüşlərinin nəticələrinin sonadək aşkarlanmasında maraqlı deyil.Paşinyanın özündən qat-qat savadlı və hiyləgər Tonoyana qalib gəlməsi ağıla batan görünmür. Tonoyan birinci şəxslərə tələ qurmaqda təcrübəsiz deyil. 2016-cı il aprel döyüşlərinin əsas təşəbbüskarı D.Tonoyan idi. O zamankı prezident Serj Sərkisyan güclü idi, vəziyyətdən çıxa bildi. Amma görünür, N.Paşinyan vəziyyətdən çıxa bilməyəcək".

sia.az

Digər xəbərlər