Siyasət

  • 2 660

“Azərbaycanın Vaşinqton görüşündən daha konkret nəticələrlə çıxacaq” ŞƏRH-ÖZƏL

image

“Bugünkü ABŞ-Azərbaycan və ABŞ-Ermənistan münasibətlərinin dərinlik və genişlik ölçüləri arasında fərqi müqayisə etsək, Azərbaycanın Vaşinqton görüşündən daha konkret nəticələrlə çıxacağını düşünmək olar”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.O bildirib ki, bu gün Azərbaycan-ABŞ münasibətlərinin siyasi gündəm məsələləri Ermənistanla müqayisə olunmaz dərəcədə genişdir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi bu sırada xüsusi yer tutur.Ekspert söyləyib ki, Cənubi Qafqazda bugünkü reallıqlar ABŞ-ın substantiv Qarabağ danışıqlarında yetərincə maraqlı olduğunu göstərir: “Amerika rəsmiləri, ilk növbədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtonda ayrıca görüş keçirdiyi ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton münaqişənin nizamlanması üzrə kifayət qədər konktet və prinsipial mövqe tutur. Onun ötən il İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra səsləndirdiyi bəyanatlar, xüsusən də Ermənistanı qonşularla iddiasız münasibətlərə dəvət etməsi və "Amerika ancaq qonşuları ilə sülh içində olan Ermənistanla daha yaxşı işləyə bilir" kimi fikirlər bildirməsi onu ifadə edir ki, ABŞ regionda Dağlıq Qarabağ probleminin bir sıra layihələrin və planların həyata keçirilməsi yolunda böyük maneə olduğunu aydın şəkildə görür”.A.Quliyev qeyd edib ki, ABŞ Azərbaycanın ərazi bütovlüyü çərçivəsində münaqişənin tənzimlənməsinə üstünlük verdiyini də gizlətmir: “ABŞ-ın hazırda regional və qlobal niyyətləri kontekstində Azərbaycan daha böyük töhfələr vermək və potensial ortaya qoymaq imkanına malikdir. Beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rola malik olmaq ABŞ-ın strategiyasında Azərbaycanı həqiqətən regionun lider ölkəsi kimi statusunu alternativsiz səviyyəyə qaldırır. Azərbaycan bu gün elə əhəmiyyətli nəqliyyat, tranzit və logistika layihələri həyata keçirir ki, ABŞ-ın bu layihələrdə iştirak edib -etməməsindən asılı olmayaraq beynəlxalq sülh, təhlükəsizlik və rifah mənafelərinə tam uyğun olduğu üçün Amerikanın hər cür dəstəyinə sahibdir”.Baş redaktor vurğulayıb ki, Azərbaycan təkcə Avrasiya körpüsü olmaq və ya Cənubi Qafqaz kontekstində Amerikanın diqqət mərkəzində deyil: “ABŞ artıq Azərbaycana və şəxsən Prezident İlham Əliyevə Şərqi Aralıq dənizi hövzəsi ölkələri ilə gələcək əməkdaşlıqlar kontekstində mühüm və əvəzsiz əməkdaş kimi baxır. Bu gün faktiki olaraq dövlət başçısı İlham Əliyev həm də Şərqi Aralıq dənizi hövzəsində mühüm bir enerji əməkdaşlıq missiyasının icrasında ən münasib və etibarlı aktor göstəricilərinə və gücünə malikdir. ABŞ lideri Donald Trampın Xəzər sərgisi ilə bağlı Azərbaycan prezidentinə yazdığı məktubu xatırlamaq dediklərimizə sübutdur. ABŞ prezidenti məktubda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində böyük roluna toxunaraq əlavə edib ki, ölkəmiz Şərqi Aralıq dənizi hövzəsinin ixracatçı ölkələri ilə tərəfdaşlıq quraraq öz liderliyini daha da artıra bilər. Bunlar adi fikirlər deyil və əslində Azərbaycan üçün qlobal enerji təhlükəsizliyi məsələsində tam yeni bir missiyanın ayrıldığını göstərir. Həm də bu missiyanın da icrasında ABŞ birmənalı şəkildə Azərbaycanın tərəfində durduğunu gizlətmir. Bütün bunlar Vaşinqton görüşü ərəfəsində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də müqayisəsiz üstünlüklərə malik olduğunu göstərir. Vaşinqtonda həmsədrlərin, Azərbaycan və Ermənistan XİN başçılarının və Con Boltonun danışıqlarında hansı nəticələr olacağını demək çətindir. Ancaq tam aydındı ki, bu görüş daha konkret müzakirələrlə keçəcək və görüşdən sonra ABŞ-ın Azərbaycana daha konkret və birmənalı dəstəyini görə biləcəyik”.

sia.az

Digər xəbərlər