Siyasət

  • 3 437

Parlament komissiyası Tonoyanı mühakimə etmək gücündə deyil Mubariz Əhmədoğlu

image

“Nikol Paşinyan separatçı Dağlıq Qarabağdakı qondarma rəhbərliklə gərgin mübahisəsi fonunda 2016-cı ilin aprel hadisələrinə dair komissiya yaratdı. Əksəriyyətin fikrincə, bu komissiya separatçı Dağlıq Qarabağın qondarma rəhbərliyini cəzalandırmaq məqsədini daşıyır”. SİA xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, bu komissiyaya ən ciddi etiraz edən Ermənistanın Müdafiə naziri D.Tonoyan oldu: “Onun fikrincə, bu komissiya Azərbaycanın apardığı informasiya müharibəsi nəticəsində yaranıb və komissiyanın nəticələri Azərbaycanın informasiya müharibəsindəki mövqeyini daha da gücləndirəcək. Tonoyanın narazı qalmasının səbəbi bəllidir. Çünki 2016-cı ildə aprel döyüşləri onun “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasından başlandı. Tonoyan ABŞ-da olarkən “yeni ərazilər üçün yeni müharibələr” konsepsiyasını irəli sürdü. Həm “Statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasının, həm də “yeni ərazilər üçün yeni müharibələr” tezisinin Rusiyadan kənarda, Qərb məkanında formalaşdırılması və ortalığa qoyulması diqqəti çəkir. Ehtimal ki, Serj Sərkisyanı devirmək üçün məhz hərbi təxribat lazım idi; 2015-ci ildən bəri S.Sarkisyan Qərbə razılıq versə də, Qərbin planlarını reallaşdıra bilmirdi. Görünür, “yeni ərazilər üçün yeni müharibə” tezisini ABŞ-da gündəliyə gətirməklə D.Tonoyan ABŞ-ın N.Paşinyandan məyus olduğunu nümayiş etdirmək istəyir. Başqa sözlə, artıq Qərb N.Paşinyana inanmır və hesab edir ki, onun üzərində təzyiq olmalıdır”.“Bu təzyiq özünü doğrulda bilməyəcəksə hakimiyyətdən getməlidir”, deyə qeyd edən polotoloq hesab edir ki, ona görə əsas hədəf N.Paşinyandır: “Artıq hiss olunur ki, N.Paşinyanın aprel komissiyasını yaradarkən indiki mövqeyi ilk mövqeyindən fərqlidir; S.Sərkisyanın aprel döyüşlərinə görə Müdafiə Nazirliyindən uzaqlaşdırdığı hərbçiləri indi vəzifəyə qaytarır. N.Paşinyanın S.Sərkisyanı da istintaqa cəlb etməsi mümkün deyil, çünki D.Tonoyanın S.Sərkisyana münasibəti çox müsbətdir. Faktiki Tonoyanın Müdafiə naziri müavini vəzifəsindən azad etdi, Fövqəladə Hallar naziri təyin etdi. İndi də Fövqəladə Hallar naziri dövründə baş vermiş korrupsiya halları ilə bağlı məlumatlar aşkarlansa da bu işdə heç bir dinamika yoxdur”.Mübariz Əhmədoğlu qeyd edib ki, aprel komissiyasının D.Tonoyanı istintaqa cəlb etməsi, N.Paşinyanın müdafiə nazirini hər hansı bir yolla cəzalandırması qeyri-mümkündür: “Əksinə Qərbin dəstəyinə malik Müdafiə naziri D.Tonoyan özünün mövqeyini möhkəmləndirmək üçün yeni addımlar atır. Onun “Ermənistanda kimsə hakimiyyəti devirməyə cəhd etsə, qarşısında ordunu görəcəkdir” bəyanatı diqqətdən kənarda qalmamalıdır. Aprel komissiyasının müzakirələri və yaxud qərarı D.Tonoyanın xoşuna gəlməyəcəksə hərbçilər aprel komissiyasının üzvlərini həbs edəcəklər Beləliklə Ermənistanda geri sayım başlanıb. N.Paşinyan D.Tonoyanı sıradan çıxara bilməyəcək. O, aprel komissiyasını yaratmaqla öz taleyini D.Tonoyanın əlinə verdi”.

sia.az

Digər xəbərlər