Siyasət

  • 4 379

"Azərbaycanda dini sabitlik hökm sürür" Səyyad Salahlı

image

"Ulu öndər Heydər Əliyev 18 il əvvəl dövlət-din münasibətlərini daha da təkmilləşdirmək, dini sabitlik yaratmaq, ümumiyyətlə, dini münasibətlərin respublikada uyğun şəkildə həyata keçirilməsi üçün belə bir qurumun yaranmasına fərman imzalayıb". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı bildirib.Onun sözlərinə görə, Azərbaycan çoxkonfessiyalı ölkədir. Həm xristian, həm iudaizm, həm islam, həm də digər dinlərin qolları Azərbaycanda fəaliyyət göstərir.Sədrin birinci müavini qeyd edib ki, Azərbaycan tolerantlığı, multikulturalizmi yüksək səviyyədə həyata keçirir və bu xüsusiyyətləri yerinə yetirməsinə görə ən öndər ölkələrdən biridir: "Dünyanın heç bir ölkəsində bir kilometrdən az radiusda hər üç dinin yanaşı yaşaması faktı qeydə alınmayıb. Biz dövlət olaraq nəinki bu dinlərin inkişafına kömək edirik, müəyyən istiqamətdə onlara yardımı əsirgəmirik, eyni zamanda Azərbaycan dövləti hər il onlar üçün kifayət qədər məbləğ ayırır. Ölkədə heç bir dövlətdə olmadığı kimi yəhudi sinaqoqları, xristian məbədləri tikilib və istifadəyə verilib. Digər ölkələrdə hər hansı bir dini icma öz dini məbədini tikmək istəyəndə dövlət onlara deyir ki, öz vətəndaşlarınızın ianəsi ilə özünüzə məbəd tikin. Azərbaycanda isə dövlət həmin məbədlərin tikilməsi üçün əlindən gələni edir".S. Salahlı bildirib ki, bu işləri həyata keçirmək üçün 2001-ci ildə yaradılan komitə böyük işlər görür: "Komitənin fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda dini sabitlik hökm sürür. Biz Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların fəaliyyətini əlaqələndirməklə onların ölkədə azad şəkildə fəaliyyət göstərdiyini dünyaya bəyan edirik".

sia.az

Digər xəbərlər