Siyasət

  • 3 887

"Xalq Prezidentinə böyük etimad göstərir" ÖZƏL-ŞƏRH

image

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamları artıq ikinci böyük sosial paketdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Deputatın sözlərinə görə, cənab Prezidentinin siyasətinin mərkəzində həmişə Azərbaycan vətəndaşı və onun rifah halı dayanır: "Ölkə başçısı ötən il elan etdi ki, bizim iqtisadiyyatımızdan əldə olunan bütün gəlirlər sosial sahəyə yönələcək və əhalimizin sosial rifah halını yüksəldəcək. Cənab Prezident indiyə qədər Azərbaycana rəhbərlik bütün dövrlərdə verdiyi sözün həmişə arxasında dayanıb və verdiyi sözü yerinə yetirib. Məhz ona görə də Azərbaycan xalqı ölkə başçısına bu qədər böyük etimad göstərir, onun siyasətini dəstəkləyir və ürəkdən sevir. Dövlət başçısı dəfələrlə deyib ki, “bizim siyasətimiz bizim işimizdir”. Bu da həm siyasətdir, həm işdir. İşdə ona yönəlib ki, Azərbaycan xalqı daha yaxşı yaşamalıdır və onun rifah halı daha yüksək olmalıdır.Məhz bu fərman və sərəncamlar ilin əvvəlindən bu yana təxminən 5 milyon insanın həyatını yaxşılaşdıran fərman və sərəncam oldu. Biz 5 milyon insan dedikdə əslində Azərbaycanın bütün əhalisini nəzərdə tutmalıyıq. Çünki işləyən iki insanın işləməyən iki övladı var. Pensiyalar, müavinətlər, tələbə təqaüdləri artdı, Qarabağ əlillərinə, şəhid ailələrinə, Əfqanıstan müharibəsi əlillərinə və veteranlarına verilən Prezident təqaüdünün miqdarı artdı, yaşayış minimumu və minimum əməkhaqqı artdı, dövlət, hərbi sektorda çalışanların əməkhaqqları artırıldı və s. Demək olar ki, əməkhaqqı, pensiya təqaüdü artmayan bir şəxs qalmayıb. Bu doğurdan da bir inqilabdır. Yəni dünya təcrübəsində çox nadir hallarda belə olur ki, bir il ərzində iki dəfə minimum əməkhaqqı artsın. Azərbaycan artıq minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə, MDB məkanında Rusiyadan sonra ikinci yerdədir”.

sia.az

Digər xəbərlər