Siyasət

  • 3 394

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək

image

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası iyunun 24-də işə başlayacaq. Sessiyanın açılışında Assambleyanın gündəliyi təsdiq ediləcək.Azərbaycan nümayəndə heyəti yay sessiyasında iştirak edəcək.

Sessiyada Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfindən 5 ildir ki, girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracaq, müvafiq tədbirlər təşkil edəcək.
İyunun 24-dən 28-dək Strasburqda keçiriləcək AŞPA yay sessiyasında səlahiyyətlər və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinə dair müzakirələr aparılacaq.
Qurumun yay sessiyasında 70 illik yubileyini qeyd edən Avropa Şurasının yeni Baş katibi seçiləcək. Fransanın Avropa işləri üzrə dövlət katibi Nazirlər Kabinetinin məlumatını təqdim edəcək. Portuqaliya Prezidenti Marselo Rebelo de Susanın çıxışı da gözlənilir.
AŞPA yay sessiyasında qadınlara, eləcə də uşaqlara qarşı zorakılığa son qoymaq, gender bərabərliyinə dair birgə müzakirələr aparılacaq. Uşaq alverinə, onların cinsi istismarına dair BMT-nin xüsusi məruzəçisinin hesabatı dinləniləcək.
Həmçinin Suriyadakı vəziyyət, Bolqarıstanla monitorinq sonrası dialoq, eləcə də Avropa Şurasının büdcəsi ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.

yap.org.az

Digər xəbərlər