Siyasət

  • 3 768

"Atılan addımlar sosial siyasətin alternativsiz olduğunu sübut edir" RƏY-ÖZƏL

image

“Ötən illər ərzində Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib. Ölkəmizin iqtisadi gücünün artması sosial müdafiə sisteminin gücləndirilməsində də özünü ehtiva edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.Azərbaycan Prezidentinin müvafiq Fərman və sərəncamları ilə insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə davamlı olaraq tədbirlərin həyata keçirildiyini deyən deputat söyləyib ki, bütün bunlar ölkəmizdə vətəndaş məmnunluğunu daha da artırır.S.Əliyeva söyləyib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, dövlət başçısının siyasətini birmənalı olaraq dəstəkləyir.Bir neçə gün bundan öncə dövlət başçısı tərəfindən yeni bir sosial paketin imzalandığını xatırladan deputat qeyd edib ki, imzalanan sənədlər özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.O qeyd edib ki, bütövlükdə 2 milyondan çox insanı əhatə edən bu qərar vətəndaşlarımızın maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.S. Əliyeva vurğulayıb ki, Azərbaycanda iqtisadi sahədə əldə edilən mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırırıb: “Büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi, sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb. Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət – vətəndaş etimad mühitini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu bir daha sübut edir”.

sia.az

Digər xəbərlər