Siyasət

  • 4 026

Bakıda "İstiqlal keşikçiləri" adlı konfrans keçirilir

image

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "İstiqlal keşikçiləri" mövzusunda konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilər Şurasının üzvü, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, millət vəkilləri, media nümayəndələri iştirak edib.Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunacaq: "Bu gün Azərbaycan ordusu güclü potensiala və düşmənin bütün qüvvələrini məhv edə biləcək qüdrətə malildir. Artıq ordumuzun gücü, qüdrəti bütün dünyaya məlumdur. Ali Baş Komandan, cənab İlham Əliyev ordumuza daim diqqət göstərir və onun müasir texnika, silahlarla təmin edilməsi istiqamətində lazımi addımlar atır".Daha sonra digər çıxış edənlər mövzu ətrafında fikirlərini bildiriblər.

sia.az

Digər xəbərlər