Siyasət

  • 3 691

Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir

image

“Prezident İlham Əliyev tərəfindən imzalanan sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir”. Bu fikirləri Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, iyunun 18-də Azərbaycan Prezidenti tərəfindən bu istiqamətdə imzalanan sərəncamlar ölkəmizdə həyata keçirilən siyasətin vətəndaşlarımızın sosial müdafiəsinin daha da yüksəldilməsinin prioritet istiqamət olduğunu sübut edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında son sərəncamları ölkədə həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir.
“Bu addım xeyli sayda insanın sosial rifahının yaxşılaşmasına xidmət etməklə yanaşı, ümumilikdə dövlət və özəl sektorda çalışanların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya daha da artır”-deyə, G.Baxşəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər