Siyasət

  • 3 020

Baş Nazirin müavini Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb

image

İyulun 4-də Baş Nazirin müavini Əli Əhmədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb.

Görüşdə Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqının yardımı hesabına Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub. Ölkəmizdə həyata keçirilən layihələrə Avropa İttifaqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Əli Əhmədov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün hökumət tərəfindən bütün zəruri addımların atıldığını qeyd edib. Baş Nazirin müavini Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu deyib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan etibarlı tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir. O, növbəti illərdə Fəaliyyət proqramları çərçivəsində Aİ-nin Azərbaycanda icra olunacaq yeni layihələrinin daha səmərəli və vaxtında həyata keçirilməsi üçün zəruri olan işlər haqqında fikirlərini də bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

yap.org.az

Digər xəbərlər