YAP GB-nın Ümumrespublika müşavirəsinin vaxtı bəlli oldu ÖZƏL-MÜNASİBƏT

“Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bütün şəhər və rayonlarının hesabat-seçki konfransında bir rayon istisna olmaqla digərlərində YAP GB-nın yeni sədrləri seçilib”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.YAP İcra katibi müavinin sözlərinə görə, 61 rayonda YAP GB-nın yeni sədrləri seçilib: “Bu ilin sonuna kimi isə Ümumrespublika YAP GB-nın müşavirəsi və yeni tərkibinin seçilməsi gözlənilir”.

sia.az