YAP Səbail rayon təşkilatının gənc fəalları aztəminatlı ailələrə dəstək aksiyasında iştirak edib

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin aztəminatlı ailələrə sosial dəstək aksiyası keçirilir.Aksiya çərçivəsində iyulun 5-də YAP Səbail rayon təşkilatının gənc fəalları rayonda yaşayan şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, kimsəsizlərə, tənha qocalara, yataq xəstələrinə, məcburi köçkünlərə baş çəkiblər. Onlara zəruri ərzaqlardan ibarət bağlamalar təqdim olunub.Qeyd edək ki, YAP Səbail rayon təşkilatı yardıma ehtiyacı olan aztəminatlı rayon sakinlərinə, şəhid ailələrinə, əlillərə, tənha qocalara, yataq xəstələrinə və kimsəsizlərə daim xüsusi diqqət göstərir. Konkret bu aksiya çərçivəsində Səbail rayonunda yaşayan 15 aztəminatlı ailənin evlərinə baş çəkilib və onlara ərzaq yardımları təqdim olunub.Rayon sakinləri Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər.

yap.org.az