Siyasət

  • 3 249

Əli Əhmədov: Cəmiyyətimizin hər bir üzvü ekoloji problemlərin həll olunmasına töhfə verməlidir

image

“Yeni Azərbaycan Partiyası hesab edir ki, Azərbaycanda ekoloji tarazlığın təmin olunmasına öz imkanları daxılındə dəstək versin”. Bu fikri Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bütövlükdə cəmiyyətimiz, müxtəlif təşkilatlar da ekologiyanın qorunması üçün layihələr reallaşdırır. Bu baxımdan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr böyük əhəmiyyət kəsb edir.
“Bir halda ki, ekologiya, təmiz hava, təmiz su hər bir vətəndaş üçün həyati əhəmiyyət kəsb edirsə, insanlar da bu yöndəki problemlərin həll olunmasında fəal iştirak etməlidir. Partiyamızın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət planının bir məqsədi də odur ki, cəmiyyətimizin hər bir üzvü ekoloji problemlərin həll olunmasına töhfə versinlər. Hər kəsin iştirakı olmadan bugünkü çağırışlar kontekstində ekologiyanın qorunub saxlanılmasına nail olmaq mümkün deyil. Bu bütövlükdə, cəmiyyətimizin vəzifəsidir. YAP bu istiqamətdə atdığı addımlarla maarifləndirici mesajlar da verir ki, hər bir vətəndaş bu məsələlərin həyata keçirilməsində yaxından iştirak etsin”-deyə, Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini ağacların qanunsuz kəsilməsi hallarına da münasibət bildirib. Belə halları pisləyən Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə bu məsələ ilə bağlı açıq və kəskin mövqeyini ifadə edib.
“Qanunvericilikdə də bu məsələ ilə bağlı məsuliyyət müəyyən edilib. Eyni zamanda, müvafiq qurumlar da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir ki, ağacların qanunsuz kəsilməsinə imkan verilməsin. Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri yarandıqca, yeni müəssisələr işə salındıqca bunlara yerlər lazım olur. Amma bütün bunların heç biri ağacların kəsilməsi hesabına baş tutmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımlıdır. Digər tərəfdən, ölkəmizdə geniş yaşıllıq zolaqları salınır ki, havanın təmizliyinin təmin edilməsinə böyük imkanlar yaradır”-deyə, Baş nazirin müavini qeyd edib.

yap.org.az

Digər xəbərlər