"Aİ ilə əməkdaşlıq Ermənistan tərəfindən fərqli görünür" ÖZƏL-ŞƏRH

"Aİ-nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə Ali komissarı F.Moqerini Brüsseldə Ermənistanın Xİ naziri Z.Mnasakanyanla görüşüb, Aİ-Ermənistan əlaqələrini müzakirə etdi". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, F.Moqerini diqqət çəkən bəyanat verdi: Biz bir il ərzində çox böyük işlər görmüşük, bu işlərdən biz razıyıq. Mən indiki hökuməti əvvəlki hökumətlə müqayisə etməyəcəyəm. Bu, Moqerininin Serj Sərkisyan hökumətinə verdiyi qiymətdir. İndiki hökumətin apardığı siyasət Aİ tərəfdən belə qiymət alıbsa o deməkdir ki, “çoxa-çox” prinsipinə Ermənistan hökuməti riayət edir. Aİ üçün indi ən vacib məsələlərdən biri Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyinin dəyişikliyidir. Ehtimal ki, N.Paşinyan Dağlıq Qarabağ tənzimlənməsinə gedəcəyi ilə bağlı Aİ-yə inandırıcı vəd verib və Aİ-də bu vədlərə inanıb. Aİ-nin davranışı bunu deməyə əsas verib. Çünki Aİ Ermənistana əvvəlcədən nəzərdə tutulmayan layihələr üzrə vəsait ayırır. Z.Mnasakanyanla da görüşdən dərhal sonra Aİ Ermənistana 25 milyon dollar vəsait ayırdı. Vəsait demokratik islahatlar üçün nəzərdə tutulsa da sərbəst rejimdə Ermənistan hökuməti bundan istifadə edə bilər. N.Paşinyan Aİ-yə yalan vəd verə bilər. N.Paşinyanın Rusiya ilə də siyasətində də hiss olunur ki, Dağlıq Qarabağ tənzimlənməsində vədlər veribmiş və indi vədləri yerinə yetirmədiyi üçün Rusiya qazın qiymətini qaldırır. Aİ-də belə bit təzyiq mexanizmin olmasına inanmırıq. Ermənistanın verdiyi vədin Dağlıq Qarabağ məsələsini əhatə etdiyini isə F.Moqerininin Z.Mnasakanyanla görüşü barədə Aİ-nin yaydığı press-relizdən görünür:F.Moqerini təcili siyasi həll tələb edir. Əvvəlki razılaşmaların yerinə yetirilməsini istəyir. F.Moqerini cəmiyyətdəki parçalanmanın aradan qaldırılmasına dəstək məsələsini aktuallaşdırır. Bu, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu və birlikdə yaşaması anlamındadır. Görünür Paşinyan hökuməti buna razılıq verib. Sözünü tutacağına bizim şübhəmiz var, amma Avropa İttifaqının bu günədək olan inamı da əsaslıdır.Aİ səfiri Aİ-nin Ermənistandakı nümayəndəsi P.Svitalskinin məhkəmə sisteminə inamla bağlı dedikləri keçmiş Ədliyyə naziri David Arutyunyanda narazılıq yaratdı. Keçmiş nazir S.Sərkisyanın hakimiyyəti dövründə Ermənistanda hüquqi sistemə inamın güclü olduğuna dair bəyanatlarını P.Svitalskinin yadına saldı.Ermənistan tərəfindən Aİ ilə əməkdaşlıq fərqli görünür. Ermənistan parlamentinin Avrointeqrasiya məsələləri üzrə daimi komissiyasının sədri Arman Yeqoyana görə Ermənistan Gömrük İttifaqı çərçivəsində Aİ ilə əməkdaşlığı dərinləşdirməyə hazır deyil. N.Paşinyanın dedikləri də hələki Aİ ilə AİB-in əməkdaşlığının zəruriliyindən kənara çıxmayıb".

sia.az