Siyasət

  • 3 451

"Heydər Əliyevin adı daim Azərbaycanla bir yerdə çəkiləcək” ÖZƏL - ŞƏRH

image

“Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Onun ilk gündən etibarən fəaliyyətində bugündən geriyə baxıb həmin günləri xatırlayanda görürsən ki, Ulu Öndər bugünkü müstəqilliyimizin əsasını, müstəqillik qazanmağın, müstəqil dövlət olmağın ilk addımlarını 14 iyulda rəhbərliyə gələn gündən başladı”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib.Deputatın sözlərinə görə, müstəqilliyimizin ilk əsasları ona görə həmin gündən başladı ki, Heydər Əliyev həmin dövrdə Azərbaycanı İttifaqın 15 respublika içərisində ön yerlərə çıxardı: “Ümummilli Lider fəaliyyətdə olduğu, xalqın başı üzərində olduğu bir müdətdə milli dəyərlərin bugünkü müstəqilliyə aparan yolunu açdı və milli dəyərlərə çox böyük əhəmiyyət verdi. Heydər Əliyev Azərbaycan insanını özünü, torpağını, vətənini tanımağa, müstəqil olmağa yönəldici fəaliyyətə yönəltdi. Ulu Öndər Azərbaycanı İttifaq respublikaları içərisində o dövrdə ən axırıncı yerlərdən ilk yerlərə çıxardı. Bu Heydər Əliyevin Azərbaycan xalqı, torpağı və bugünkü müstəqil Azərbaycanımız üçün o vaxt atdığı ilk addımlar idi. Ümummilli Lider o vaxt elə bir səviyyədə gəldi ki, İttifaqda az tanınan Azərbaycan artıq İttifaqın hər yerində tanındı. Heydər Əliyev özü də yüksəldi və özünü də bir şəxsiyyət, yüksək səviyyəli insanlığa qiymət verən, sülhə, əminamanlığa, yaradıcılığa qiymət verən bir şəxsiyyət kimi Onu İttifaqın ən yüksək vəzifələrindən birinə apardılar. Heydər Əliyevin Moskvada və İttifaqın yüksək səviyyəsində olan fəaliyyəti də yenə Azərbaycana xidmət etdi. Onun fəaliyyətinin məzmununda olan nə var idisə, hamısını Azərbaycanı tanımağa yönəltdi. Beləcə Azərbaycan dünyada tanındı. Nə yaxşı ki, həmin illər oldu.Ulu Öndər ikinci dəfə hakimiyyətə gələn ərəfədə müqayisə edəndə görürük ki, təəssüflər olsun ki Heydər Əliyevsiz Azərbaycan oldu, fəlakətlərlə rastlaşdıq, torpaqlarımızı itirdik, şəhidlər verdik və bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşdü. Qısa bir müddətdə bu baş verdi. Çünki Heydər Əliyevin həmin dövrdə işığı Azərbaycanın üzərinə düşmürdü. Belə bir qaranlıqda yağı düşmənlər başımıza bu fəlakəti gətirdilər. Ulu Öndər ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra xalqımızın xoşbəxtlik dönümü oldu. Bugünkü müstəqil Azərbaycanımız dünyanın hər yerindən görünür, hər yerdə tanınır və bugünkü Azərbaycanımız Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Cənab Prezidentimiz İlham Əliyev bu yolu uğurla davam etdirir. Bütövlükdə bugünkü müasir dünyanın tələblərinin hər birinə yüksək səviyyədə cavab verməklə Azərbaycanı dünyada tanıdır. Bu gün Azərbaycan hər yerdən sülhün, əminamanlığın bir dayağı, nümunəsi kimi mövcuddur və gələcəkdə də bu fəaliyyət davam edəcək. Bir sözlə, Heydər Əliyevin adı həmişə Azərbaycanın üzərində olacaq”.

sia.az

Digər xəbərlər