Siyasət

  • 3 253

ADA Universitetində beynəlxalq konfrans keçirilib

image

Bu gün ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, ADA Universiteti və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Azərbaycanın Xarici İşlər nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev açıb. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Həmin illərdə diplomatlarımız ölkəmizin tarixində müstəsna rol oynayıblar. Müasir tariximizə baxsaq, artıq 30 ildir ki, Azərbaycan bu diplomatiyanı həyata keçirir. Müasir diplomatiyamızı da həyata keçirmək asan olmayıb.Hafiz Paşayev deyib ki, ulu öndər Heydər Əliyev ən böyük diplomatımız olaraq, ölkəmizin həyatında müqayisəyəgəlməz rol oynayıb. Azərbaycan diplomatiyası xeyli uğurlara imza atıb. Xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının sayı 2004-cü ildə iki dəfə artıb. Bu amil ölkəmizin beynəlxalq əlaqələrinin göstəricisidir.Konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetlərindən danışıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.Konfrans çərçivəsində keçirilən “Azərbaycanın xarici siyasəti: XX əsrdə tarixi inkişaf” adlı sessiyada Türkiyənin sabiq Xarici İşlər naziri Hikmət Çətin, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer Azərbaycan diplomatiyası və bu sahədə qazanılan uğurlarla bağlı fikirlərini bildiriblər.

sia.az

Digər xəbərlər