"Bu, Şəkiyə və onun sakinlərinə verilən ali qiymətdir" RƏY-ÖZƏL

"Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması, minillərlə bu coğrafiyada yaşayan, etnik milli xüsusiyyətlər çərçivəsində özlərinin yaradıcılıq və sənətkarlıq qabiliyyətlərini yaradan və inkişaf etdirən, dünyanın həm mənəvi, həm də maddi irsinə bənzərsiz nailiyyətlər bəxş etmiş bu diyarın sakinlərinə və onların bu bacarıqlarına verilmiş ali qiymətdir”.Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.O bildirib ki, tarixən beynəlxalq karvan-ticarət yolları üzərində yerləşən Azərbaycan, xüsusən də onun unikal təbii gözəlliklərə və tarixi-mədəni xüsusiyyətlərə makil, qədim ipəkçilik mərkəzi olan Şəki şəhəri mədəni müxtəlifliyin yaradılmasında və qorunub saxlanmasında bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini verib.P. Kərimzadə qeyd edib ki, Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir: “Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti nəticəsində İçəri Şəhər, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, novruz ənələrimiz, aşıq, misgərlik kəlağayı və xalça sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. Bir çox tədbirlər YUNESKO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan - YUNESKO əlaqələrinin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində, Heydər Əliyev Fondu və YUNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də yüksək səviyyədə həyata keçirilir"Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan- YUNESKO arasında sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu xatırladan əlavə edib ki, ölkəmiz hər zaman milli mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verib: “Bu baxımdan Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması, ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir".

sia.az