Siyasət

  • 3 299

"Ulu Öndərin hakimiyətə gəlməsi Azərbaycanı öndə gedən respublikaya çevirdi” AÇIQLAMA-ÖZƏL

image

“Azərbaycanın 1969-cu ilin iyulun 14-nə qədər olan bütün sahələri əhatə edən göstəricilərinə baxsaq, Sovet İttifaqında birləşmiş 15 müttəfiq respublika arasında ölkəmiz ən geridə qalmış respublika idi. 50 il bundan əvvəl hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə isə Azərbaycan 15 respublika arasında ən öndə gedən respublikaya çevrildi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, Ümummilli liderin 1982-ci ilə qədər Azərbaycana rəhbərlik etməsi sayəsində ölkəmiz həmin dövrə məxsus ən yüksək təltiflərə layiq görülüb.Deputat söyləyib ki, Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda bütün sahələr, iqtisadiyyat, elm, mədəniyyət incəsənət, təhsil sahəsində böyük nailiyyətlər əldə edilib: “Həmin dövrdə bütün sahələri əhatə edən qabaqcıllar müxtəlif təltiflərlə qiymətləndirilib. Bundan başqa həmin dövrdə Bakının özündə gedən tikinti quruculuq işləri, mənzil tikintisi, sənaye obyektləri, kənd təsərrüfatının inkişafı, pambıqçılıq, üzümçülüklə yanaşı, digərlər sahələri əhatə edən nailiyyətlər Sovet İttifaqına daxil olan respublikalar arasında ən yüksək göstəricilər idi. Bu nailiyyətlər Ulu Öndərin rəhbərlik bacarığı, dövlətçilik qabiliyyətinin uğurlu nəticələri idi”.E.Məmmədov qeyd edib ki, Ümummilli liderin yüksək rəhbərlik bacarığı nəticəsində Azərbaycan həmin dövrdə qısa müddətdə böyük inkişaf yolu keçmişdi: “Ulu öndər ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra da bu qabiliyyəti özünü bir daha göstərdi. Müstəqil Azərbaycanın bugünkü inkişafının əsası da məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”.

sia.az

Digər xəbərlər