Siyasət

  • 3 844

"Bu qərar Şəkinin tanınmasına, turistlərin gəlməsinə şərait yaradacaq" ÖZƏL-MÜNASİBƏT

image

“Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın hər bir vətəndaşı üçün fəxrdir. Çünki Şəki dünya arenasına çıxır. Bu, Şəkinin tanınmasına, turistlərin gəlməsinə şərait yaradacaq. Belə qərarın verilməsində Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük zəhməti var”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Deputatın sözlərinə görə, Mehriban Əliyeva Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün əlindən gələni edir: “Qeyd edim ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir, burada bir sıra məsələlər müzakirə olunub. Sessiyada ekologiyanın, ətraf mühitin, tarixi-mədəni abidələrin qorunması ilə bağlı müzakirələr aparılıb. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi ölkəmizin nüfuzundan xəbər verir. Bu, ölkəmizə göstərilən etimaddır”.Deputat ermənilərin sessiyada iştirak etməməsinə də münasibət bildirib: “Çox təəssüflər olsun ki, ermənilər bu tədbirdə iştirak etmirlər, bunu siyasi oyuna çevirmək istəyirlər. Beynəlxalq aləm ölkəmizin mövqeyini dəstəkləyir, onlar ölkədə sağlam mühitin olduğunu görürlər. Ermənilərin isə addımları nəticə verməyəcək”Xatırladaq ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məsələyə baxılıb, vəziyyət qiymətləndirilib. Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.

sia.az

Digər xəbərlər