Siyasət

  • 3 122

Novruz Məmmədov: Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı pozitiv dinamikanın əyani göstəricisidir

image

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. İclasda səslənən statistik rəqəmlər dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların səmərəliliyini və insan amilinin yüksəlişinə xidmət etdiyini bir daha təsdiqləyir.Trend-in məlumatına görə, bu fikri Baş nazir Novruz Məmmədov bildirib.

Baş nazirin sözlərinə görə, hesabat dövründə dövlət büdcəsinə vergi və gömrük orqanlarının xəttilə 200 milyon manatdan artıq əlavə vəsait toplanmış, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb: "Hesabat dövründə kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə - 2,1 faiz civarında olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı pozitiv dinamikanın əyani göstəriciləri kimi qeyd olunmalıdır".
N.Məmmədov qeyd edib: "Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur. Davos İqtisadi Forumunun hesabatına əsasən Azərbaycan iqtisadiyyatı 2018-ci ildə rəqabət qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 8 ildir ki, MDB ölkələri arasında birincidir. Forumun "İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır. BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan "orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 15 ildə yürütdüyü sosialyönümlü siyasətin məqsədi təkcə sosial bərabərsizliyi aradan götürmək olmayıb, həm də onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Dövlət başçısı tərəfindən son 10 ildə imzalanmış sərəncamlar sosial təminat və yoxsulluğun səviyyəsinin aşağı salınması baxımından mühüm əhəmiyyətə malikdir. Buna misal olaraq "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli fərmanı xatırlatmaq mümkündür. Fərmana əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə vətəndaşların 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinmişdir".

yap.org.az

Digər xəbərlər