Siyasət

  • 3 078

"Azərbaycan-Aİ əlaqələri yeni mərhələyə qədəm qoyub" RƏY-ÖZƏL

image

“1996-cı il aprelin 22-də Lüksemburqda Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan Azərbaycan-Aİ əlaqələri hazırda yeni mərhələyə qədəm qoyub. Hazırda tərəflər arasında səmimi, işgüzar, siyasi, iqtisadi əməkdaşlıq əlaqələri var və Prezident İlham Əliyevin yürütdüyü çevik, praqmatik, düşünülmüş xarici siyasət sayəsində bu münasibətlər daha da genişlənib”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.O bildirib ki, ilk gündən Azərbaycanla strateji tərəfdaşlığa, ticarət əlaqələrini davam etdirməyə maraqlı olan Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə Prezident İlham Əliyevin 2019-cu il 9 iyul görüşü bir daha təsdiq etdi ki, Azərbaycan Avropa İttifaqının üzv ölkələri ilə strateji tərəfdaşlığa uğurlu töhfədir.Donald Tuskun ölkəmizə işgüzar səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyinin nümunəsi olduğunu deyən deputat söyləyib ki, ölkəmizin xarici siyasətində Avropa qurumları ilə əlaqələr əsas prioritet istiqamətlərdəndir:N.Həmzəyev qeyd edib ki, ən əsası beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıqla yanaşı, ölkəmiz Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı olaraq, qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamasıdır: “Azərbaycan-Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır və onlar arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə bu məsələ aydın əks edilib. Bu mühüm sənəddə bir çox məsələlərlə yanaşı, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunub. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, həmçinin də Avropa İttifaqı ölkələri regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, beynəlxalq hüququn bütün norma və prinsiplərinə əməl edilməsi üçün işğalçı Ermənistana təzyiq göstərəcək, bu təcavüzkar ölkəyə sanksiyalar tətbiq edəcəklər”.

sia.az

Digər xəbərlər