Siyasət

  • 3 405

"Tuskun bölgəyə səfəri spekulyasiya manevrlərinin qarşısını almış oldu " ŞƏRH-ÖZƏL

image

“Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri ölkəmizlə AB arasında geosiyasi, siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat-kommunkasiya sahələrində səmərəli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hesab oluna bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.Avropa Birliyinin Azərbaycanı strateji əhəmiyyətli tərəfdaş ölkə kimi görməsinin təqdirəlayiq hal olduğunu deyən politoloq söyləyib ki, səfər çərçivəsində Donald Tuskun Bakı Beynəlxalq Dəniz Ticarəti limanında olması, Çinlə əməkdaşlıq, ticarət əlaqələrini, kommunikasiya layihələrini genişləndirən və bunun üçün də Azərbaycanın tranzit ölkə olaraq, nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafında maraqlı olan AB-nin dəyişməyən maraqlarının və artan səylərinin göstəricisi idi.O bildirib ki, İranın ABŞ tərəfindən sanksiyalara məruz qaldığı bir dövrdə AB-nin yaxın müttəfiqi olan İranın dünyaya əsas çıxış yollarından biri Azərbaycandır: “AB Azərbaycanın İrana münasibətinin və normal qonşuluq əlaqələrinin dəyişməz olaraq qalmasında maraqlıdır və ölkəmizi buna təşviq etməyə çalışır. Azərbaycan prezident İlham Əliyevin də qeyd etdiyi kimi Şimal-Cənub, Şərq-Qərb nəqliyyat-kommunikasiya yollarının qovuşağında yerləşən tək, unikal ölkədir və bu, AB-nin diqqətini ölkəmizə çəkən amillərdən biridir”.N.Məmmədova vurğulayıb ki, AB rəsmisinin regiona səfəri çərçivəsində həm də ATƏT Minsk qrupu həmsədrlərinə münaqişənin həllinin Helsinki Yekun aktı prinsipləri əsasında sürətləndirilməsi, xalqların sülhə hazırlanmasının təşviq edilməsi AB-nin regionda aparıcı gücə çevrilmək planlarının təzahürüdür: “Azərbaycanın nəqliyyat-loqistika mərkəzinə çevrilməsi, Cənub Qaz Dəhlizi vasitəsilə faktiki olaraq AB ilə birləşməsi Tusk tərəfindən ölkəmizin AB ilə siyasətinin uğuru kimi qeyd olunması təqdirəlayiqdir. Unutmaq olmaz ki, Avropa Birliyi özü də inteqrasiyaya siyasi yox, Almaniya və Fransanın öz kömür və polad sənayelərini birləşdirməsi nəticəsində iqtisadi, enerji birliyi əsasında başlamışdı”.Politoloqun fikrincə, Donald Tuskun regiona səfəri zamanı ən əhəmiyyətli bəyanatı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünün təmsil etdiyi təşkilat tərəfindən tanınması ilə bağlı olub: “Bu, bütün anti-Azərbaycan qüvvələrin, o cümlədən, erməni lobbisinin Avropa İttifaqı Şurasının prezidenti cənab Tuskun bölgəyə səfəri ətrafında spekulyasiya manevrlərinin qarşısını almış oldu və AB-nin Azərbaycanın ərazi bütövlüyünün tanınmasının növbəti ifadəsi oldu. Artıq tamamilə aydındır ki, AB və Azərbaycan arasında Brüsseldə paraflanmış və qarşıdakı dövrdə imzalanması gözlənilən Tərəfdaşlıq sazişində ölkəmizin ərazi bütövlüyünə dəstək müddəası mütləq şəkildə ehtiva ediləcək. Prezident cənab Əliyevin səfərlə bağlı "Biz Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur" fikirləri bu inamı əminliyə çevirir”.

sia.az

Digər xəbərlər