Siyasət

  • 3 458

Sahibə Qafarova: Bu görüş Azərbaycanın yüksək nüfuzunun göstəricisi olmaqla yanaşı, həm NATO, həm də Rusiyanın ölkəmizə etibar etdiyinin ifadəsidir

image

"Rusiya Silahlı Qüvvələrinin və NATO-nun rəsmiləri Bakıda əvvəllər də görüşüblər və müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. Bu, Azərbaycanın yüksək nüfuzunun göstəricisi olmaqla yanaşı, həm NATO, həm də Rusiyanın ölkəmizə etibar etdiyinin ifadəsidir. Dünyanın siyasi nəbzinin yenə paytaxt Bakıda vurması Azərbaycana çoxsaylı strateji dividendlər qazandırır. Ümumilikdə isə, sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir". Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Volters ilə danışıqlar aparmasına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Çünki sabitlik və təhlükəsizlik adası kimi xarakterizə edilən Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa müstəsna töhfələr verir. Bakı həmçinin mühüm dialoq və əməkdaşlıq məkanı kimi beynəlxalq miqyasda ciddi nüfuza malikdir. "Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər sivilizasiyalararası dialoqun inkişafına, multikultural dəyərlərin, tolerantlığın təbliğinə mühüm töhfələr verir. Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayır", - deyən Sahibə Qafarova həmçinin vurğulayıb ki, Azərbaycan NATO-nun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir.Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasət yeridir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir: "Azərbaycan həm ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirir, həm də sivilizasiyalararası dialoqa, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Başqa sözlə, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi regionda və daha geniş coğrafiyada sabitləşdirici rol oynayır, ölkəmizin moderatorluğu, liderliyi ilə reallaşdırılan geostrateji əhəmiyyətli layihələr regional və qlobal təhlükəsizliyə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfədir. Bununla yanaşı, ölkəmiz dünyada sabitlik adası kimi tanınır, ölkəmizdə etibarlı təhlükəsizlik mühiti hökm sürür. Ona görə də paytaxt Bakı bir çox tədbirlər, görüşlər üçün məkan kimi seçilir. Xüsusilə də, qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşünün Bakıda keçirilməsi çox mühüm əhəmiyyətə malikdir”.

yap.org.az

Digər xəbərlər