Siyasət

  • 3 230

"Bakının güc mərkəzlərinin görüşü üçün məkan seçilməsi təsadüfi deyil" ÖZƏL-MÜNASİBƏT

image

"Bakının növbəti dəfə güc mərkəzlərinin görüşü üçün məkan seçilməsi heç də təsadüfi deyil. Nəzər alsaq ki, Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Deputatın sözlərinə görə, ölkəmizin sülh tərəfdarı olduğunun, sabit və stabil bir ölkə olduğunu, dünya əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi bir məkan olduğunu nəzərə alaraq Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov, NATO-nun Avropada müttəfiq qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında danışıqların aparılması Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir: "Azərbaycanda mühüm beynəlxalq görüşlərin keçirilməsinin əsas səbəblərindən biri də möhtərəm Prezidentimizin şəxsi nüfuzu, beynəlxalq miqyaslı tədbirlərdə dövlətimizin aktiv rol oynamasıdır. NATO ilə Rusiya Federasiyası görüş məkanını Azərbaycana etibar etməsi ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir".

sia.az

Digər xəbərlər