Siyasət

  • 3 414

"NATO-Rusiya görüşləri artıq ənənə halını alır" ÖZƏL-ŞƏRH

image

Tarixlər 12 dekabr 2018-ci ili göstərəndə Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirildi. Bu görüş regional və qlobal təhlükəsizliyin ələ alındığı bir görüş olmaqla yanaşı, eyni zamanda həmin vaxtlar gərgin olan NATO-Rusiya münasibətlərinin müəyyən məcrada davam etdirilməsi baxımından olduqca ciddi önəmə sahib idi". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.QHT rəsmisinin sözlərinə görə, həmin tədbirdə NATO-nun Rusiyanın yaxın sərhədlərində hərbi kontingent formalaşdırmaq cəhdləri ilə bağlı məsələ müzakirə olunarkən, Avropanın bir sıra çox önəmli nəşrləri bu görüşün Azərbaycan baxımından önəminə toxunur və Azərbaycanın həm NATO, həm də Rusiya ilə isti münasibətləti olan, lakin heç birinin forpostu olmayan bir ölkə kimi diqqət çəkdiyini vurğulayırdılar: "Bakıda keçirilən görüşlə bağlı məşhur “Stripes” saytı ölkəmiz barədə Rusiya ilə sıx əlaqələrin mövcud olduğunu, lakin eyni zamanda NATO ilə də əməkdaşlığımıza da diqqət çəkərək Azərbaycan qoşunlarının NATO missiyası tərkibində Əfqanıstanda iştirakı barədə də məlumat verib və bildirib ki, hər iki hərbi lider hərbi kommunikasiya xəttlərinin davam etdirilməsini qəbul edib və bu qəbul edilən görüşlərin məhz Bakıda bu günlərdə təkrar davam etdirilməsinin özü onu göstərir ki, hər iki tərəf Bakının neytral, eyni zamanda təhlükəsiz bir ərazi olduğunu qəbul edir.Azərbaycana həm də bu beynəlxalq missiyası qazandıran əsas cəhətlər əməkdaşlıq üçün format təqdimatları, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoq, enrji layihələri, tranzit xidmələri təklif edə bilməsidir.Rusiyanın İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin direktoru Andrey İvanov da məhz bu məqama diqqət çəkərək, bu görüşlərin Bakıda keçirilməsinin ən önəmli səbəbinin Bakının uzun illərdir ki, xarici qüvvələrdən asılı olmayan öz suveren siyasətini davam etdirməsi olduğunu xüsusi ilə vurğulayıb. Bu isə beynəlxalq münasibətlər sistemində etibarlılığın ən ümdə və ən prioritet tələbidir.Tərəflər regionda aktor kimi artıq qəbul etdikləri ölkəmizə ona görə güvənir və inanırlar ki, görüşün təşkilatçısıın neytrallığı danışıqlar prosesində son dərəcə vacibdir. Bunun da heç şübhəsiz ki, özünəməxsus tərəfləri var. Birincisi, müzakirə platformasının nizamlanması olduqca önəmli bir amildir, ikincisi isə qəbul edən tərəfin siyasəti təmkinli olmalı, ev sahibi qətiyyən emosiyalara yol verməməlidir. Şübhəsiz ki, Azərbaycan isə bu gün bütün bu tələblərə cavab verməkdədir. Regiondakı bütün önəmli aktorlarla siyasi təmas halında olan rəsmi Bakı özünün terrordan, müharibədən əziyyət çəkən bir ölkə olduğunu dilə gətirir, münasibətlərini də regional və qlobal sabitliyin qorunması istiqamətində qurur ki, bu da bütün dünyanın regionda görmək istədiyi örnək dövlət modelidir. Bu gün də ənənəvi olaraq qlobal təhlükəsizliyə aid vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr sırasından məhz Azərbaycanın seçilməsi də ölkəmizə olan hörmət və etimadın təzahürü, eyni zamanda ölkəmizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü müstəqil siyasətin göstəricisidir.Təsadüfi deyil ki, bu cür görüşlərin fonunda Azərbaycanın hərbi və siyasi rəhbərliyi ilə də ayrı-ayrılıqda geniş fikir mübadiləsi aparılır.Ötən gün Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycanın beynəlxalq sülhə töhfə verdiyini qeyd etməklə yanaşı, ölkəmizin vacib rol oynadığı regional təhlükəsizlik, əməkdaşlıq kimi məsələlərlə bağlı fikirini də ifadə etdi. Hər iki güc mərkəzi Azərbaycanın təhlükəsizilik prizmasından həssas bölgədə olduğunu etiraf edərək, öz ordusunun dünyada “kiçik güc” kimi adlanan, amma böyük oyunçuya çevirilmiş Azərbaycanın imkanlarına uyğunlaşdırmasını qəbul edir.Bu imkan davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələni də aktuallaşdırır. Həm də hərbi-diplomatik proseslərin inkişafı Azərbaycanı diqqət mərkəzinə - birbaşa problemlərinin də gündəmə düşməsinə səbəb olur. Dost və qonşu ölkələr olaraq, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın, isti münasibətlərin mövcudluğu kimsədə şübhə doğurmur. Azərbaycan və ABŞ arasındakı strateji münasibətlər təhlükəsizlik, enerji və iqtisadi sahədə əməkdaşlığı əhatə edir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır ki, bu da ölkəmizin Şərqlə Qərb arasında köprü rolunu oynamasını xarakterizə edən amillərdəndir.Sonda bir amilə özəlliklə diqqət yetirmək istərdik: Bakıının görüş yeri kimi seçilməsinin özü bir başa Azərbaycan rəhbərliyinin, cənab Prezidentin və onun komandasının istər NATO, istərsə də Rusiya ilə seçdiyi əməkdaşlıq kursu onun həm NATO ilə əlaqələrini gücləndirir, onun perspektivli olmasını əsaslandırır, bu da düşünülmüş addımlar sayəsində regionun böyük dövlətlərini əsla qıcıqlandırmır. Bu özəlliyinə görə Azərbaycan-NATO münasibətləri NATO-Ermənistan və NATO-Gürcüstan münasibətlərindən keyfiyyətcə fərqlənir ki, bu da Bakıda keçirilən görüşlərin ənənə halını almasına şərait yaradır".

sia.az

Digər xəbərlər