Siyasət

  • 3 254

YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb

image

İyulun 14-də Lerik rayonunda Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb. SİA-nın verdiyi məlumata görə, "Yay məktəbi"nin açılışı mərasimində Milli Məclisin deputatları Sevinc Hüseynova, İqbal Məmmədov, partiyanın məsul əməkdaşları Araz Xudadanov, Elmar Məmmədov layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs edbilər.Bildiriblər ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.Natiqlər gənclərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın İcra katibliyinə minnətdarlıqlarını bildiriblər.Açılış mərasimində layihə çərçivəsində nəzərdə tutulan seminarlar, təlimlər barədə iştirakçı gənclərə ətraflı məlumat veriblər.Sonda gənclərin iştirakı ilə təşkilat komitəsinin və komandaların üzvləri elan olunub.Günün sonunda təlim və interaktiv oyunlar keçirilib.

sia.az

Digər xəbərlər