Siyasət

  • 3 335

15 İyul Türkiyədə Demokratiya və Milli Birlik Günüdür

image

15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur. SİA xəbər verir ki, 2016-cı il iyulun 15-də Türkiyə xalqı mütəşəkkil olaraq ayağa qalxaraq FETÖ terror təşkilatı tərəfindən hərbi yolla dövlət çevrilişinə cəhdin qarşısını alıb. Qiyamçı hərbiçilərin atəşləri və digər qanunsuz hərəkətləri nəticəsində 250 vətəndaş şəhid olub, 1500-dən çox insan yaralanıb. Şəhidlər və yaralılar arasında qadınlar, uşaqlar və qocalar da olub.Demokratiya və Milli Birlik Günü ölkənin hər yerində, o cümlədən ölkə xaricində, eləcə də Türkiyənin diplomatik nümayəndəliklərində qeyd olunur.Türkiyə hökuməti dövlət çevrilişi cəhdindən sonra FETÖ terror təşkilatına qarşı başladığı anti-terror əməliyyatlarını davam etdirir. İllərdən bəri Silahlı Qüvvələrdə, hüquq-mühafizə, o cümlədən məhkəmə orqanlarında, ayrı-ayrı hökumət strukturlarında köklənən FETÖ-çuların təmizlənməsi prosesi hələ də başa çatmayıb. Dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq həbs edilənlər arasında minlərlə şəxsə məhkəmə hökmü oxunub.

sia.az

Digər xəbərlər