Siyasət

  • 3 824

“Ruslar daha çox türk xalqlarına yaxındırlar" ÖZƏL-MÖVQE

image

“Ruslar daha çox, türk xalqlarına yaxındırlar. Mən müxtəlif konfranslarda bu mövzu ətrafında çıxışlar edərkən, ermənilərin istehza ilə sözümü kəsmələrinin dəfələrlə şahidi olmuşam. Çünki, ermənilər yaxşı bilirlər ki, onlar tarixi Rusiyanın dövlətçiliyində heç bir rola malik olmayıblar. Buna görə də avrasiyaçılıqda türk faktoruna qarşı hər zaman çıxış edərək, avrasiyaçılığı başqa istiqamətə yönəldirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, müasir Rusiyanın ayaqda qalması üçün onun Qərbdən uzaqlaşması labüddür: “Tarix də göstərir ki, hər dəfə Rusiya ilə Qərb yaxınlaşarkən itirən rusiyalılar olurdu. Bu gün Putinin Avrasiyaçı siyasət aparmasının kökündə də rus-pravoslav sivilizasiyasının ayrıca bir qlobal oyunçu olmasını göstərmək dayanır.İnformasiya müharibəsi şəraitində biz şimala məxsus internet şəbəkələrində tez - tez türkçülüyün, tatar mədəniyyətinin Rusiyanın əsasını qoyan əsas hal olduğunu göstərməliyik. Müasir Rusiyanın siyasi sisteminin xüsusiyyətləri "Monqol-tatar" idarəçilik sisteminin qalıntılarıdır.Türk - rus simbiozundan danışan alimilərdən biri də Leontyevdir. Leontyev Rusiyanı nəinki təkcə Qərbə qarşı qoyur, hətta bir az da irəli gedərək slavyanlıqdan da fərqləndirirdi. O, Rusiyanın inqilab tərəddüdlərindən qorunması üçün Şərq ölkələri ilə ittifaqının tərəfdarı idi. Onun fikrincə, slavyan xalqlarının etnik və linqvistik yaxınlığı onların mədəni birliyinə dəlalət etmir. Slavyan dünyası, slavyan mədəniyyəti Rus mədəniyyəti demək deyildir. Rus mədəniyyəti özünəməxsusdur: burda Avrasiya və Asiya elementləri qaynayıb-qarışıb.Leontyevin digər bir maraqlı iddiası isə ondan ibarətdir ki, iranlılar rusları Turanın davamçıları kimi görürlər. Kifayət qədər maraqlı yanaşmadır. Elmi dairələrdə türklərin Turanı təmsil etməsi ilə bağlı ideyalar daha çox səslənməkdədir. Elə Rusiyanın özündə də getdikdə ən çox söylənilən fikir ondan ibarətdir ki, türklər, monqollar və bəzi başqa Şərq xalqları ruslara digər slavyan xalqlarından daha yaxın mədəniyyətə malikdirlər".

sia.az

Digər xəbərlər