“Heydər Əliyevin kəlamları” adlı kitab nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə 21 dildə “Heydər Əliyevin kəlamları” adlı kitab çapdan çıxıb. SİA-nın verdiyi məlumata görə, kitabda Ulu Öndərin xidmətlərini, onun Azərbaycanda elm və təhsilin, maarifçiliyin inkişafında, milli ideologiyanın formalaşmasında, dini-mənəvi dəyərlərin və multikultural mühitin qorunmasında misilsiz fəaliyyətini əks etdirən kəlamları Ana dilimizdə və 20 xarici – rus, türk, ingilis, ərəb, fars, alman, fransız, ispan, italyan, ibri, Çex, polyak, serb, hind, macar, rumın, yunan, İndoneziya, Koreya və portuqal dillərində təqdim olunur.Qeyd edək ki, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında saysız-hesabsız əsərlər yazılıb, cild-cild kitablar nəşr olunub. Heydər Əliyev irsi elə bir xəzinədir ki, onu öyrənib, tədqiq edib başa çatdırmaq mümkün deyil. Bu irs hələ bundan sonra da yeni-yeni nəsillərin tədqiqat obyekti olacaq.Məlumat üçün bildirək ki, İnstitut müəllimlərinin iştirakı ilə 21 dildə tərcümə olunan “Heydər Əliyevin kəlamları” adlı kitab “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına təqdim olunub

sia.az