Siyasət

  • 3 403

"Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür" ÖZƏL-MÜNASİBƏT

image

“Ümummilli Lider Heydər Əliyev böyük şəxsiyyət, siyasətçi olduğu qədər də çox böyük şansa malik bir insan, siyasətçi idi. Ümumiyyətlə çox az adam tapılar ki, onun adı xalqının adı ilə assosasiya olunsun”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.“Biz harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür, harda Heydər Əliyev deyilsə isə mütləq Azərbaycan yada düşür. Bu gün azərbaycançılıq, Azərbaycan deyəndə hər bir azərbaycanlı Ulu Öndərimizin bu sözünü xatırlayır ki, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu hər bir azərbaycanlının qəlbini riqqətə gətirir. Bütövlükdə isə Onun siyasi fəaliyyətini qiymətləndirməyə cəhd etsək, əlbəttə ki, bizim buna gücümüz çatmayacaq. Amma hər halda imkan daxilində müəyyən nüanslara mütləq toxunmaq lazımdır. Mən bütöv bu 50 illik siyasi tarix dövrünü dövlətçilik tariximizin bu mərhələsini istərdim bir qədər genişləndirim. İstərdim bunu 50+2 formatı ilə təhlil edək. Çünki orada mühüm bir nüans var. O nədir? Biz adətən 1969-cu ildən başlayırıq. Amma biz bilirik ki, 1967-ci ildə artıq böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanın Milli Təhlükəsizlik Komitəsinə sədr təyin olunmuşdu. Düşünürəm ki, Onun siyasi fəaliyyətinin üfüqlərinin bu qədər geniş olması, siyasi fəaliyyətində bu qədər sərbəst olması 1967-69-cu illərdə məhz bu təhlükəsizlik orqanlarında göstərdiyi fəaliyyətlə bağlıdır. Çünki iki il ərzində ilk növbədə Azərbaycanın təhlükəsizlik orqanlarını Azərbaycanlaşdırdı və oradakı kadrları dəyişməyi bacardı. Sonrakı mərhələdə Heydər Əliyev özünün dövlətçilik konsepsiyasını Azərbaycanda tətbiq etməyə başladı”-deyə, H.Babaoğlu fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər