"Türkiyə radar sitemlərini yenidən qurmalıdır" ÖZƏL-MÜNASİBƏT

"Türkiyə S-400 raketlərinin köməkçi hissələrinin ilk partiyasını gətirdikdən sonra ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi yenidən gündəmə gətirildi". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Politoloqun sözlərinə görə, Türkiyə S-400-ləri alacağını və bunun qarşısının heç bir sanksiya ala bilinməyəcəyini dəfələrlə bəyan etmişdi: "ABŞ isə öz növbəsində bu anlaşmanın baş tutacağı təqdirdə F-35 qırıcılarının Türkiyəyə satışını dayandıracağı ilə hədələmişdi. NATO üzvü olan Türkiyə dəfələrlə ABŞ-istehsalı olan "Patriot" raketlərini almaq istəsə də bu reallaşmamışdı. S-400 raketləri ilə müqayisədə "Patriot" bəzi göstəricilərinə görə zəif olsa da rus silahı Türkiyənin NATO standartları ilə qurulmuş havadan müdafiə sistemi ilə uyğun gəlmir. Patriotun hədəfi müəyyən etmə radiusu 180 km, S-400 lərinki isə 600 km olmasına baxmayaraq bu sistem Rusiya və İran istiqamətində tam yararsızdır. O zaman NATO üzvü olan bir ölkənin bu raketləri almasında məqsəd anlaşılmır. Bu raketləri tam nəzarətə götürərək özünə uyğunlaşdırmaq üçün Türkiyə radar sitemlərini yenidən qurmalıdır. Bunun isə Türkiyənin indiki durumu ilə mümkün hesab etmirəm. Proses başa çatdıqdan sonra böyük ehtimalla bu raketləri 3-cü ölkəyə satmaq barədə düşünəcəyini hesab edirəm.ABŞ F-35 qırıcılarını Türkiyəyə satışını müəyyən müddətə qədər dayandırsa da hesab edirəm ki, sonunda qırıcılar Türkiyəyə satılacaq. F-35-lərin ən böyük özəlliyi isə güclü radar sistemi ilə təchiz olunması və havadan müdafiə sistemi funksiyalarını yerinə yetirməsidir. Türkiyə bir NATO ölkəsidir və qərb dünyası üçün çox önəmlidir. Sanksiyalar tətbiq olunsa da müəyyən zamandan sonra bir yumşalma prosesi gedəcək və münasibətlər normallaşacaq".

sia.az